Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR-ın yanacaqdoldurma məntəqəsi Gorus-Qafan yolunda

© Photo : Facebook / SOCAR PETROLEUM QSCSOCAR-ın yanacaqdoldurma məntəqəsi, arxiv şəkli
SOCAR-ın yanacaqdoldurma məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
SOCAR-ın sonuncu istismara verilən YDM-i isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir.
BAKI, 26 noyabr — Sputnik. Böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə "SOCAR PETROLEUM" QSC Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, SOCAR brendli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib.
Bunu Sputnik Azərbaycan-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, beləliklə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 41-ə çatdırıldı. Qarabağ bölgəsində isə SOCAR yanacaqdoldurma məntəqələrinin sayı üçə çatdı. YDM özünə xidmət üsulu ilə fəaliyyət göstərəcəkdir. Belə ki, müştərilər YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kolonkadan yanacaq təminatlarını ödəyə biləcəklər. Yeni istifadəyə verilmiş YDM-də üç yanacaqpaylayıcı kolonka quraşdırılmışdır. Beləliklə bu yanacaqdoldurma məntəqəsində "A-95- PREMİUM, "A-92" markalı benzin və "Dizel" tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik və bir iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, "SOCAR PETROLEUM" QSC 41 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan "SOCAR PETROLEUM" QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. "SOCAR PETROLEUM" QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.
"Qeyd edim ki, SOCAR daha əvvəl Şuşada və Ağdam rayonunda modul tipli YDM-ləri açmışdı. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir", - deyə o əlavə edib.
Xəbər lenti
0