https://sputnik.az/20211126/rusiya-hindistan-ve-cin-terrorizmle-mubarize-haqqinda-muzakireler-apariblar-436720820.html
Rusiya, Hindistan və Çin terrorizmlə mübarizə haqqında müzakirələr aparıblar
Rusiya, Hindistan və Çin terrorizmlə mübarizə haqqında müzakirələr aparıblar
Sputnik Azərbaycan
Danışıqlarda beynəlxalq əməkdaşlığın çoxtərəfli əsaslarının möhkəmləndirilməsi, o cümlədən müasir dövrün ən vacib problemlərinin həllinə yanaşmalar məsələsinə... 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T23:35+0400
2021-11-26T23:35+0400
2021-11-26T23:35+0400
dünya xəbərləri
çin
hindistan
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/41154/65/411546524_0:270:3738:2373_1920x0_80_0_0_2d5b6f60145ab6f3b0ac78e1f93c8531.jpg
BAKI, 26 noyabr — Sputnik. Rusiya, Hindistan və ÇXR Xarici İşlər nazirləri Sergey Lavrov, Subramanyam Cayşankar və Van İ terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə gələcək səylərin zəruriliyini müzakirə ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinə RHÇ Birliyinin (Rusiya, Hindistan, ÇXR) diplomatik idarə başçılarının video konfrans rejimində keçirilən iclasının yekununda bildirilib.Nazirlikdən bildirilib ki, tərəflər qlobal və regional gündəliyin əsas məsələlərini müzakirə ediblər. Nazirlər çoxtərəfli təşkilatlar və birləşmələr çərçivəsində, ilk növbədə, BMT, G20, ŞƏT, BRICS çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə uyğun niyyətlərini ifadə ediblər."Nazirlər bir sıra digər aktual mövzuları, o cümlədən Əfqanıstan, Myanma və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Müzakirələr zamanı terrorizm, ekstremizm, qanunsuz narkotik dövriyyəsi kimi çağırış və təhdidlərə qarşı mübarizə sahəsində gələcək həmrəylik səylərinin zəruriliyinə də diqqət yetirilib", - deyə idarədən bildirilib.Danışıqlarda beynəlxalq əməkdaşlığın çoxtərəfli əsaslarının möhkəmləndirilməsi, o cümlədən müasir dövrün ən vacib problemlərinin həllinə yanaşmalar məsələsinə üç ölkənin mövqelərinin oxşarlığı təstiq edilib.İclasın yekunlarına görə, birgə sənəd qəbul edilib.Şərhdə qeyd olunub ki, RHÇ Xarici İşlər nazirlərinin növbəti görüşünün 2022-ci ildə Çinin sədrliyi ilə təşkil edilməsi planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41154/65/411546524_221:0:3738:2638_1920x0_80_0_0_8eb2669c137aa61b78b9c9ccc5e3dc57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, hindistan, rusiya federasiyası
çin, hindistan, rusiya federasiyası
Rusiya, Hindistan və Çin terrorizmlə mübarizə haqqında müzakirələr aparıblar
Danışıqlarda beynəlxalq əməkdaşlığın çoxtərəfli əsaslarının möhkəmləndirilməsi, o cümlədən müasir dövrün ən vacib problemlərinin həllinə yanaşmalar məsələsinə üç ölkənin mövqelərinin oxşarlığı təstiq edilib.
BAKI, 26 noyabr — Sputnik. Rusiya, Hindistan və ÇXR Xarici İşlər nazirləri Sergey Lavrov, Subramanyam Cayşankar və Van İ terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə gələcək səylərin zəruriliyini müzakirə ediblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinə RHÇ Birliyinin (Rusiya, Hindistan, ÇXR) diplomatik idarə başçılarının video konfrans rejimində keçirilən iclasının yekununda bildirilib.
Nazirlikdən bildirilib ki, tərəflər qlobal və regional gündəliyin əsas məsələlərini müzakirə ediblər. Nazirlər çoxtərəfli təşkilatlar və birləşmələr çərçivəsində, ilk növbədə, BMT, G20, ŞƏT, BRICS çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə uyğun niyyətlərini ifadə ediblər.
"Yeni koronavirus infeksiyası pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması, strateji sabitlik, Asiya-Sakit okean bölgəsində dinc və dayanıqlı inkişafın əsası kimi bərabər və bölünməz təhlükəsizlik memarlığın formalaşması mövzusuna xüsusi diqqət yetirilib", - deyə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Nazirlər bir sıra digər aktual mövzuları, o cümlədən Əfqanıstan, Myanma və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Müzakirələr zamanı terrorizm, ekstremizm, qanunsuz narkotik dövriyyəsi kimi çağırış və təhdidlərə qarşı mübarizə sahəsində gələcək həmrəylik səylərinin zəruriliyinə də diqqət yetirilib", - deyə idarədən bildirilib.
Danışıqlarda beynəlxalq əməkdaşlığın çoxtərəfli əsaslarının möhkəmləndirilməsi, o cümlədən müasir dövrün ən vacib problemlərinin həllinə yanaşmalar məsələsinə üç ölkənin mövqelərinin oxşarlığı təstiq edilib.
İclasın yekunlarına görə, birgə sənəd qəbul edilib.
Şərhdə qeyd olunub ki, RHÇ Xarici İşlər nazirlərinin növbəti görüşünün 2022-ci ildə Çinin sədrliyi ilə təşkil edilməsi planlaşdırılır.