Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qaza hava vurulur? Azəriqaz rəhbərindən bu barədə növbəti açıqlama

© Sputnik / Elvin AhmadQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Ruslan Əliyev deyib ki, hava gələndə plitəni açıq qoyub sayğaca baxın. Sayğac göstəricisi dəyişmir. Fasiləsiz qaz verilən kəmərdə hava gəlməsi mümkünsüzdür.
BAKI, 26 noyabr — Sputnik. Azəriqaz İstehsalat Birliyi tərəfindən vaxtaşırı olaraq qazın keyfiyyət göstəriciləri yoxlanılır. Bu gün satılan qazın keyfiyyət göstəriciləri meyarlara tam uyğundur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, qazın keyfiyyətinin dəyişdirilməsi, hər hansı kənar müdaxilə mümkün deyil:
"Yalnız qazın tərkibinə "adalant" deyilən maddə vurulur ki, bu da sıxma zamanı qazın iyinin müəyyən edilməsi üçündür. Qazın tərkibinə hava vurulması kimi fikirlər yayılır. Havanın təzyiq altında olan hər hansı qaz kəmərinə vurulması mümkün deyil. Bu, ancaq kipliyi yoxlamaq üçün edilə bilər. Yaxud havanın kəskin dəyişməsi zamanı kəmərlərdə maye toplanması əmələ gəlir. Mayeni kəmərdən çıxarmaq üçün yüksək təzyiqli hava vurulur. Hava qazla birlikdə üfürülür.
İstisna hallarda ola bilər ki, mətbəxdə olan qaz avadanlıqlarında hava yığılması müşahidə olunsun. Bu hava gələndə açıq qoyun və sayğaca baxın. Sayğac göstəricisi dəyişmir. Fasiləsiz qaz verilən kəmərdə hava gəlməsi mümkünsüzdür. Yalnız təmirdən sonra kəmərdə hava qala bilər ki, onu da binaların girişində olan qaz paylayıcı şkaflarda hava təmizləyici vasitəsilə buraxırıq. Mənzillərdə qaz borusundan havanı çıxarmaq mümkün deyil. Hava mütləq mətbəxdəki qaz avadanlığından çıxmalıdır".
Həmçinin oxuyun:
"Qaza hava vurulur, amma..." - "Azəriqaz" İB-nin baş direktoru
Xəbər lenti
0