https://sputnik.az/20211126/kicik-ve-orta-sahibkarlar-ucun-kassa-metodu-legv-edilir-436699781.html
Kiçik və orta sahibkarlar üçün kassa metodu ləğv edilir
Kiçik və orta sahibkarlar üçün kassa metodu ləğv edilir
Sputnik Azərbaycan
Mikro sahibkarlıq subyektləri isə öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara biləcəklər. 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T17:00+0400
2021-11-26T17:00+0400
2021-11-26T17:00+0400
kassa
iqtisadiyyat
milli məclis
vergi məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42291/52/422915269_0:0:3071:1728_1920x0_80_0_0_b1fe90e75e53de22927f675ba4a66a66.jpg
BAKI, 26 noyabr — Sputnik. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparacaqlar.Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən danışarkən deyib.O bildirib ki, mövcud maddəyə görə, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər: "Lakin beynəlxalq mühasibat standartları yalnız hesablama metodunun tətbiq edilməsini tələb edir. Bunun mənası odur ki, mallar və xidmətlər satış edildiyi zaman gəlir kimi tanınır. Bu, orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara biləcəklər. Kassa metodunda uçota nəzarət etmək çətin olurdu. Artıq bu, əməliyyatın özünə bağlı olacaq, mal və xidmət təqdim edildikdə gəlir kimi tanınacaq. Bu, həm vergi ödəyicisi, həm də vergi orqanı üçün asanlıq yaradacaq".Qeyd edək ki, bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edib.Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42291/52/422915269_340:0:3071:2048_1920x0_80_0_0_7b9e4d313a69396672a2291e1d9d71be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kassa, milli məclis, vergi məcəlləsi
kassa, milli məclis, vergi məcəlləsi
Kiçik və orta sahibkarlar üçün kassa metodu ləğv edilir
Mikro sahibkarlıq subyektləri isə öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara biləcəklər.
BAKI, 26 noyabr — Sputnik. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparacaqlar.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən danışarkən deyib.
O bildirib ki, mövcud maddəyə görə, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər: "Lakin beynəlxalq mühasibat standartları yalnız hesablama metodunun tətbiq edilməsini tələb edir. Bunun mənası odur ki, mallar və xidmətlər satış edildiyi zaman gəlir kimi tanınır. Bu, orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara biləcəklər. Kassa metodunda uçota nəzarət etmək çətin olurdu. Artıq bu, əməliyyatın özünə bağlı olacaq, mal və xidmət təqdim edildikdə gəlir kimi tanınacaq. Bu, həm vergi ödəyicisi, həm də vergi orqanı üçün asanlıq yaradacaq".
Qeyd edək ki, bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edib.
Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.