https://sputnik.az/20211126/gurcustanda-azerbaycanli-gencler-ucun-xususi-telim-kecirilir-436716275.html
Gürcüstanda azərbaycanlı gənclər üçün xüsusi təlim keçirilir
Gürcüstanda azərbaycanlı gənclər üçün xüsusi təlim keçirilir
Sputnik Azərbaycan
Dinləyicilərə NATO-nun prinsipləri ilə bağlı məlumat verilib, “Dezinformasiya və Media savadlılığı” mövzusunda təlim keçirilib. 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T19:55+0400
2021-11-26T19:55+0400
2021-11-26T19:55+0400
dünya xəbərləri
gürcüstan
nato
gənclər
təlim
marneuli
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436716167_0:103:1000:666_1920x0_80_0_0_1d048b4ce3f9b2e8741755a459530011.jpg
BAKI, 26 noyabr - Sputnik. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda azərbaycanlı gənclər üçün növbəti təlim keçirilib.Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, təlimlər “Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Akademiyası" layihəsi çərçivəsində təşkil olunur. Layihə Gürcüstan Xarici İşlər Nazirliyi nəzdindəki “NATO və Avropa Birliyi Haqqında İnformasiya Mərkəz”inin Kvemo Kartli bürosu və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.Noyabrın 25-də təlimçi Temo Suxaşvili dinləyicilərə NATO-nun prinsipləri ilə bağlı məlumat verib. Noyabrın 26-da isə digər təlimçi David Dzidzişvili “Dezinformasiya və Media savadlılığı” mövzusunda təlim keçib.SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov bildirib ki, təlimlərin əsas məqsədi region gənclərinə NATO və Avropa İttifaqının tarixi barədə ətraflı məlumat vermək, onların Gürcüstanın Qərbə inteqrasiya prosesi, imkan və üstünlükləri haqqında məlumatlılığının artırılmasıdır.“İlin sonunadək davam edəcək layihədə 28 nəfər gənc iştirak edir” - deyə, Əhmədov vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436716167_112:0:1000:666_1920x0_80_0_0_6ae9f100ecf4614c2383b0cabd21d62e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, nato, gənclər, təlim, marneuli
gürcüstan, nato, gənclər, təlim, marneuli
Gürcüstanda azərbaycanlı gənclər üçün xüsusi təlim keçirilir
Dinləyicilərə NATO-nun prinsipləri ilə bağlı məlumat verilib, “Dezinformasiya və Media savadlılığı” mövzusunda təlim keçirilib.
BAKI, 26 noyabr - Sputnik. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda azərbaycanlı gənclər üçün növbəti təlim keçirilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, təlimlər “Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Akademiyası" layihəsi çərçivəsində təşkil olunur. Layihə Gürcüstan Xarici İşlər Nazirliyi nəzdindəki “NATO və Avropa Birliyi Haqqında İnformasiya Mərkəz”inin Kvemo Kartli bürosu və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.
Noyabrın 25-də təlimçi Temo Suxaşvili dinləyicilərə NATO-nun prinsipləri ilə bağlı məlumat verib. Noyabrın 26-da isə digər təlimçi David Dzidzişvili “Dezinformasiya və Media savadlılığı” mövzusunda təlim keçib.
SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov bildirib ki, təlimlərin əsas məqsədi region gənclərinə NATO və Avropa İttifaqının tarixi barədə ətraflı məlumat vermək, onların Gürcüstanın Qərbə inteqrasiya prosesi, imkan və üstünlükləri haqqında məlumatlılığının artırılmasıdır.
“İlin sonunadək davam edəcək layihədə 28 nəfər gənc iştirak edir” - deyə, Əhmədov vurğulayıb.