Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik" - Spiker

© Photo : Milli Majlis Milli Məclisin sədri Sahibə Qafarova
Milli Məclisin sədri Sahibə Qafarova  - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Sahibə Qafarova deyib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb, Ermənistanla Azərbaycan arasında 30 illik münaqişəyə son qoyulub.
BAKI, 26 noyabr — Sputnik. MDB PA çərçivəsindəki əməkdaşlığımızın üzv ölkələri arasında tərəfdaşlıq üçün səmərəli mexanizm olmasını görmək sevindiricidir. Belə ki, beynəlxalq miqyasda yaradıcı imkanlara malik parlament diplomatiyasının əhəmiyyəti get-gedə daha da artır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyanın 53-cü iclasında bildirib.
Onun sözlərinə görə, yeni ideyalar, layihələr, keçirilən beynəlxalq tədbirlər nəticəsində quruma olan maraq daha da artıb: "Azərbaycanın MDB ölkələri Gənclər Parlamentlərarası Assambleyasına gələn il üçün sədrliyi geniş rəğbətlə qarşılanır: "Əminəm ki, Gənclər Assambleyası əməkdaşlığımızın ümumi inkişafına gənc millət vəkillərinin töhfəsinə dəstəyini davam edəcək".
Milli Məclisin sədri ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata da toxunub: "Ötən il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanaraq Ermənistanla Azərbaycan arasında 30 illik münaqişəyə son qoyuldu. Azad olunmuş ərazilərdə bərpa və geniş yenidənqurma işlərinə başlamışıq. Əminəm ki, bu işğal nəticəsində əziyyətlərə düçar olmuş məcburi köçkünlərimizi tezliklə həmin yerlərə qaytara biləcəyik".
"Biz regionda sabitlik və rifah istəyirik. Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik", - S.Qafarova vurğulayıb.
Xəbər lenti
0