FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yağ istehsalçılarına yerlilərdən mesaj - Xarici bazarlara çıxarılsa, lap gözəl olar

Abunə olmaq
Davamlı zəhmət tələb edən yerfındığının becərilməsində, demək olar, bütün işlər əl ilə görülür.
BAKI, 24 noyabr — Sputnik. Faydalı bitki olan yerfındığı Azərbaycanda məhdud ərazilərdə əkilir. Onu ölkəmizdə əsasən Özbəkistandan deportasiya olunan Axısqa türkləri becərirlər. Qərb bölgəsində bu məhsula axısqalıların kompakt yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndində rast gəlmək mümkündür. May ayında əkilən bu bitkinin hazırda yığım prosesi gedir.
Təsərrüfatçılar Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətlərində davamlı zəhmət tələb edən yerfındığının becərilməsində, demək olar, bütün işlərin əl ilə görüldüyünü deyirlər. Yetişmiş kollar çıxarılaraq kiçik dəstələrdə toplanır. Yaşıl kütləsi qurudularaq açıq havada təxminən 6-7 gün saxlanır.
Bundan sonra isə bir neçə nəfərin köməkliyi ilə bitkinin gövdədən əl ilə təmizlənməsi prosesi başlanır. Xırmanda kolların kökündəki yerfındığı döyülərək tökülür. Bundan sonra isə qurudulma prosesi başlayır. Artıq 30 ildir yerfındığı becərən Virşan Meraliyev məhsulun tam satışa hazır olması üçün hələ bir ay vaxt lazım olduğunu söyləyir.
© Sputnik / Ilham Mustafayev

Faydalı bitki olan yerfındığı Azərbaycanda məhdud ərazilərdə əkilir.

Faydalı bitki olan yerfındığı Azərbaycanda məhdud ərazilərdə əkilir. - Sputnik Azərbaycan
1/13

Faydalı bitki olan yerfındığı Azərbaycanda məhdud ərazilərdə əkilir.

© Sputnik / Ilham Mustafayev

Yetişmiş kollar çıxarılaraq kiçik dəstələrdə toplanır.

Yetişmiş kollar çıxarılaraq kiçik dəstələrdə toplanır. - Sputnik Azərbaycan
2/13

Yetişmiş kollar çıxarılaraq kiçik dəstələrdə toplanır.

© Sputnik / Ilham Mustafayev

Yaşıl kütləsi qurudularaq açıq havada təxminən 6-7 gün saxlanır.

Yaşıl kütləsi qurudularaq açıq havada təxminən 6-7 gün saxlanır. - Sputnik Azərbaycan
3/13

Yaşıl kütləsi qurudularaq açıq havada təxminən 6-7 gün saxlanır.

© Sputnik / Ilham Mustafayev

Bundan sonra isə bir neçə nəfərin köməkliyi ilə bitkinin gövdədən əl ilə təmizlənməsi prosesi başlanır.

Bundan sonra isə bir neçə nəfərin köməkliyi ilə bitkinin gövdədən əl ilə təmizlənməsi prosesi başlanır. - Sputnik Azərbaycan
4/13

Bundan sonra isə bir neçə nəfərin köməkliyi ilə bitkinin gövdədən əl ilə təmizlənməsi prosesi başlanır.

© Sputnik / Ilham Mustafayev

Xırmanda kolların kökündəki yerfındığı döyülərək tökülür.

Xırmanda kolların kökündəki yerfındığı döyülərək tökülür. - Sputnik Azərbaycan
5/13

Xırmanda kolların kökündəki yerfındığı döyülərək tökülür.

© Sputnik / Ilham Mustafayev

Xaricdə işlərinin çoxu texnika ilə görülür.

Xaricdə işlərinin çoxu texnika ilə görülür. - Sputnik Azərbaycan
6/13

Xaricdə işlərinin çoxu texnika ilə görülür.

© Sputnik / Ilham Mustafayev

Alıcısı olduğundan təsərrüfatçılar satışda ciddi çətinlik çəkmirlər.

Alıcısı olduğundan təsərrüfatçılar satışda ciddi çətinlik çəkmirlər. - Sputnik Azərbaycan
7/13

Alıcısı olduğundan təsərrüfatçılar satışda ciddi çətinlik çəkmirlər.

© Sputnik / Ilham Mustafayev

Şəmkirin Sarıtəpə kəndində yerfındığı yığımı.

Şəmkirin Sarıtəpə kəndində yerfındığı yığımı. - Sputnik Azərbaycan
8/13

Şəmkirin Sarıtəpə kəndində yerfındığı yığımı.

© Sputnik / Ilham Mustafayev

Yerfındığı əkən torpaq sahibləri bir hektara təxminən 1500 manata qədər vəsait xərcləyirlər.

Yerfındığı əkən torpaq sahibləri bir hektara təxminən 1500 manata qədər vəsait xərcləyirlər. - Sputnik Azərbaycan
9/13

Yerfındığı əkən torpaq sahibləri bir hektara təxminən 1500 manata qədər vəsait xərcləyirlər.

© Sputnik / Ilham Mustafayev

Elə də susevər olmayan bu bitki cəmi dörd dəfə suvarılır.

Elə də susevər olmayan bu bitki cəmi dörd dəfə suvarılır. - Sputnik Azərbaycan
10/13

Elə də susevər olmayan bu bitki cəmi dörd dəfə suvarılır.

© Sputnik / Ilham Mustafayev

May ayında əkilən bu bitkinin hazırda yığım prosesi gedir.

May ayında əkilən bu bitkinin hazırda yığım prosesi gedir. - Sputnik Azərbaycan
11/13

May ayında əkilən bu bitkinin hazırda yığım prosesi gedir.

© Sputnik / Ilham Mustafayev

Saxlanması da asandır, quru şəraitdə saxlanarsa, xarab olan bitki deyil.

Saxlanması da asandır, quru şəraitdə saxlanarsa, xarab olan bitki deyil. - Sputnik Azərbaycan
12/13

Saxlanması da asandır, quru şəraitdə saxlanarsa, xarab olan bitki deyil.

© Sputnik / Ilham Mustafayev

Şəmkirin Sarıtəpə kəndində yerfındığı yığımı.

Şəmkirin Sarıtəpə kəndində yerfındığı yığımı. - Sputnik Azərbaycan
13/13

Şəmkirin Sarıtəpə kəndində yerfındığı yığımı.

“Bu, əsasən Özbəkistanda olur. Oradan gələndən sonra Azərbaycanda əkmişik. İşi çox çətindir. Çıxartmağı, çırpmağı, qurutmağı, qovrulması - hamısı zəhmət tələb edir. 10-15 gün qurutmağa vaxt gedir. Hazır olması üçün bir aya kimi vaxt lazım olur. Xaricdə işlərinin çoxu texnika ilə görülür. Azərbaycana hələ gətirilməyib. Yəqin, çox baha başa gəlir. Texnika olsa, becərilməsi asanlaşar. Daha ucuz başa gələn xarici məhsul ilə qiymətdə rəqabət aparmaq olar".
Alıcısı olduğundan təsərrüfatçılar satışda ciddi çətinlik çəkmirlər. Lakin əziyyəti çox, tələbatı isə istənilən səviyyədə yüksək olmadığına görə daha geniş sahələrdə becərmədiklərini deyirlər.
“Gəlirli bitkidir. Hektara 200 kilo toxum hesabı ilə əkirik. Yaxşı becəriləndə 7-8 ton məhsul verir. Bu dəqiqə kiloqramı topdan 3, pərakəndə 4-5 manata satılır. Lakin ölkədə tələbat azdır. Demək olar ki, gündəlik tələbat üçün alınır. Yəni bunu hansısa zavod, fabrik alıb istifadə etmir. Xarici bazarlara çıxarılsa, yaxud zavodlar alsa, lap gözəl olar”, - təsərrüfatçı bildirir.
Yerfındığı əkən torpaq sahibləri bir hektara təxminən 1500 manata qədər vəsait xərcləyirlər. Elə də susevər olmayan bu bitki cəmi dörd dəfə suvarılır. Təxminən üç dəfə də alaq otlarından təmizlənir. Saxlanması da asandır, quru şəraitdə saxlanarsa, xarab olan bitki deyil. Becərildiyi müddətdə dərmandan da istifadə olunmur. Qeyd edək ki, bəzi ölkələrdə yerfındığı toxumlarından ərzaq yağı almaq üçün əkilib-becərilir. Tərkibində 60%-ə qədər yağ və 35%-dən çox zülal var.
Xəbər lenti
0