CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN Kəlbəcərin iğaldan azad edilməsinin il dönümü ilə bağlı paylaşım edib

© Sputnik / Murad OrudjevXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
25 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Kəlbəcər rayonunda üçrəngli bayrağımızı ucaltdı.
BAKI, 25 noyabr — Sputnik. Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunmasının 1 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.
"25 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Kəlbəcər rayonunda üçrəngli bayrağımızı ucaltdı", - paylaşımda bildirilib.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
Xəbər lenti
0