https://sputnik.az/20211125/nuve-zerbesi-olmadan-dize-gelmek---abs-potensial-tehlukeden-danisir-436675009.html
Nüvə zərbəsi olmadan dizə gəlmək - ABŞ potensial təhlükədən danışır
Nüvə zərbəsi olmadan dizə gəlmək - ABŞ potensial təhlükədən danışır
Sputnik Azərbaycan
Nəşrin məlumatına görə, ABŞ-da elektrik enerjisinin bir il kəsilməsi amerikalıların təxminən 90% -nin ölümünə səbəb ola bilər. 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T21:25+0400
2021-11-25T21:25+0400
2021-11-25T21:25+0400
abş
dünya xəbərləri
kiberhücum
rusiya
çin
raket
nəqliyyat
elektrik enerjisi
elektromaqnit sahəsi
https://cdnn1.img.sputnik.az/img/42338/26/423382689_0:0:3071:1728_1920x0_80_0_0_582adeb1747267c3afaf331718cf9500.jpg
BAKI, 25 noyabr — Sputnik. Amerikadakı infrastruktur Rusiya və Çinin elektromaqnit silahlarının hücumlarına tab gətirməyə bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "The Washington Times" qəzeti yazır. Qəzet BMT ECOSOC nəzdində məsləhətçi statusuna malik "Dünya Sülh Federasiyası" konfransının nəticələrinə istinad edir.Mütəxəssislərin fikrinə görə, bu problem uzun müddətdir müzakirə olunur, ancaq Çində hipersəsli silahların bu yaxınlarda sınaqdan çıxarılması onu xüsusilə aktuallaşdırıb.Ekspertlər əmindirlər ki, əgər mövcud texnologiyalar yeni icadlarla birgə istifadə olunarsa, Pekin amerikalıları "bir zərbə ilə" elektrik enerjisiz, su təchizatsız, kanalizasiyasız, nəqliyyatsız və ticarətsiz qoya bilər."Onlar təkcə elektromaqnit silahlarından deyil, həm də kiberhücumlardan, həmçinin fiziki təxribatdan istifadə edəcəklər", – deyə qəzet MKİ-nin keçmiş analitiki Piter Vincent Prayanın sözlərindən sitat gətirib.Onun sözlərinə görə, bu cür təhlükə Rusiya və KXDR-dən gəlir, baxmayaraq ki, sonuncunun Çində olduğu qədər bu cür geniş imkanları yoxdur.Nəşrin məlumatına görə, ABŞ-da elektrik enerjisinin bir il kəsilməsi amerikalıların təxminən 90% -nin ölümünə səbəb ola bilər."Bu ölkələr bir gündə bizi diz üstə çökdürə bilər və eyni zamanda nə dəniz piyadaları, nə donanma, nə də Hərbi Hava Qüvvələri ilə döyüşməyə ehtiyac qalmayacaq", - ekspertlər hesab edirlər .Onlar əmindirlər ki, artıq ABŞ-ın qiyamət gününün potensial ssenarisinin qarşısını almaq üçün düşünməyin vaxtı çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42338/26/423382689_124:0:2855:2048_1920x0_80_0_0_5ea93fe21b1b9af00a63eaef067f37a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, kiberhücum, rusiya, çin, raket, nəqliyyat, elektrik enerjisi, elektromaqnit sahəsi
abş, kiberhücum, rusiya, çin, raket, nəqliyyat, elektrik enerjisi, elektromaqnit sahəsi
Nüvə zərbəsi olmadan dizə gəlmək - ABŞ potensial təhlükədən danışır
Nəşrin məlumatına görə, ABŞ-da elektrik enerjisinin bir il kəsilməsi amerikalıların təxminən 90% -nin ölümünə səbəb ola bilər.
BAKI, 25 noyabr — Sputnik. Amerikadakı infrastruktur Rusiya və Çinin elektromaqnit silahlarının hücumlarına tab gətirməyə bilər. Sputnik Azərbaycan
RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "The Washington Times" qəzeti yazır. Qəzet BMT ECOSOC nəzdində məsləhətçi statusuna malik "Dünya Sülh Federasiyası" konfransının nəticələrinə istinad edir.
Mütəxəssislərin fikrinə görə, bu problem uzun müddətdir müzakirə olunur, ancaq Çində hipersəsli silahların bu yaxınlarda sınaqdan çıxarılması onu xüsusilə aktuallaşdırıb.
Ekspertlər əmindirlər ki, əgər mövcud texnologiyalar yeni icadlarla birgə istifadə olunarsa, Pekin amerikalıları "bir zərbə ilə" elektrik enerjisiz, su təchizatsız, kanalizasiyasız, nəqliyyatsız və ticarətsiz qoya bilər.
"Onlar təkcə elektromaqnit silahlarından deyil, həm də kiberhücumlardan, həmçinin fiziki təxribatdan istifadə edəcəklər", – deyə qəzet MKİ-nin keçmiş analitiki Piter Vincent Prayanın sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, bu cür təhlükə Rusiya və KXDR-dən gəlir, baxmayaraq ki, sonuncunun Çində olduğu qədər bu cür geniş imkanları yoxdur.
Nəşrin məlumatına görə, ABŞ-da elektrik enerjisinin bir il kəsilməsi amerikalıların təxminən 90% -nin ölümünə səbəb ola bilər.
"Bu ölkələr bir gündə bizi diz üstə çökdürə bilər və eyni zamanda nə dəniz piyadaları, nə donanma, nə də Hərbi Hava Qüvvələri ilə döyüşməyə ehtiyac qalmayacaq", - ekspertlər hesab edirlər .
Onlar əmindirlər ki, artıq ABŞ-ın qiyamət gününün potensial ssenarisinin qarşısını almaq üçün düşünməyin vaxtı çatıb.