Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Lirənin ucuzlaşması və erkən seçki tələbi – Ankarada nələr baş verir?

© REUTERS / Murad Sezer / IllustrationДоллар США и турецкие лиры
Доллар США и турецкие лиры - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Ekspert: Narahatlıq cəmiyyətin böyük bir hissəsinə təsir etdikcə, hökumət, sistem və idarəetmə ittiham olunur. Hər zaman olduğu kimi, belə vəziyyətlərdə müxalifət özünü xilaskar kimi göstərir.
BAKI, 25 noyabr — Sputnik. Türkiyə lirəsinin dolların məzənnəsinə nisbətdə sürətlə dəyər itirməsi bu ölkənin ictimai–siyasi həyatına da təsir edir. Ölkənin bəzi şəhərlərində gənclər hökumətə qarşı kiçik miqyaslı aksiyalar da keçirib. Artıq Türkiyədə erkən seçkilərin keçirilməsi ilə bağlı müzakirələr başlayıb. Məsələ o yerə çatıb ki, Türkiyənin Cümhuriyyət Xalq və İYİ partiyalarının liderləri Kemal KılıçdaroğluMeral Akşener ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı səriştəsizlikdə ittiham edərək, lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi fonunda onu erkən seçkilərə çağırıblar.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə müxalifətinin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı çağırışlarına münasibət bildirərkən qeyd edib ki, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırılan vaxtda - 2023-cü ilin iyununda keçiriləcək. Lakin Ərdoğanın bu bəyanatına baxmayaraq Türkiyədə erkən seçkilərlə bağlı müzakirələr bitmir. Bəs erkən seçkilər Türkiyə iqtisadiyyatını, lirəsini qurtara bilərmi?
Sputnik Azərbaycan məsələ ilə bağlı türkiyəli professor, Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztək ilə həmsöhbət olub.
Professor bildirib ki, yaranmış vəziyyətdə Türkiyə müxalifəti özünü xilaskar kimi göstərmək istəyir:

"Türkiyə lirəsinin məzənnəsi dollar və avroya nisbətdə davamlı şəkildə dəyər itirir. İyirmi il öncə bir türk lirəsi təxminən bir dollar dəyərində idi, lakin sonrada Türkiyənin milli valyutası dəyərini itirmiş və məzənnənin düşməsi qida və əsas sənaye məhsulları, həmçinin yanacaq, təbii qazın qiymətlərinə də ciddi şəkildə təsir etmişdi. Bu artım əhalinin yaşamına da ciddi təsir edir, onları narahat edir. Bu narahatlıq cəmiyyətin böyük bir hissəsinə təsir etdikcə, hökumət, sistem və idarəetmə ittiham olunur. Hər zaman olduğu kimi, belə vəziyyətlərdə müxalifət özünü xilaskar kimi göstərir".

© Photo : İHAProfessor İbrahim Öztək
Professor İbrahim Öztək - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Professor İbrahim Öztək
Öztək vurğulayıb ki, Türkiyə bir tərəfdən turizm və ixrac məhsullarından əldə olunan gəlirlər hesabına bir çox inkişaf etmiş ölkə ilə rəqabət aparır və İraq, Suriya, Liviya və Aralıq dənizinin şərqində əməliyyatlar keçirir:
"Digər tərəfdən isə valyutanın məzənnəsinin azalması ilə mübarizə aparır. Xarici və daxili borclar yüksək səviyyədə olmasına baxmayaraq, Türkiyə bütün borcunu qısa bir müddət ərzində ödəyə biləcək bir iş dünyasına sahibdir. Türkiyə Mərkəzi Bankı son bir neçə ildə ölkə valyutasının məzənnəsi ilə bağlı tarazlığı qoruya bilməyib. Dünyanı idarə edən kapital sahibləri inkişaf etməkdə olan ölkələrə mane olmağa çalışır. Buna diqqət yetirilməli, birjalar nəzarət altında olmalı, xarici kapital güclərinə qarşı balanslı olmalıdır".
Professor ölkəsində erkən seçkilərin keçirilməsinə dair gəzən söz-söhbətlərə də münasibət bildirib:
"Türkiyədə seçki 2023-cü ilə təyin olunub. Erkən seçkilərin nəyi həll edəcəyi bilinmir. Türkiyə lirəsi ilə bağlı durum mütləq şəkildə güclü iqtisadçılar tərəfindən tənzimlənə və düzəldilə bilər. Bu isə dünya iqtisadiyyatını, bankları, birja və Beynəlxalq Valyuta Fondunu əlində saxlayan güclərlə anlaşmaqla ola bilər".
Qeyd edək ki, bu gün dolların Türkiyə lirəsinə olan məzənnəsi, bir dollar üçün 12,01 lirə olub. Bu ilin noyabrından bəri Türkiyə lirəsinin dollara nisbətdə məzənnəsi 26,7% dəyər itirib.
Həmçinin oxuyun:
Türkiyə lirəsinin məzənnədən düşməsi xronikası: 2001-ci ildən bəri maksimum antirekord
Xəbər lenti
0