CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidAzərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, arxiv şəkli
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç. Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm".
Qeyd edək ki, cümə axşamı Moskva vaxtı ilə 04:30-da Belovodakı müəssisədə partlayış və tüstülənmə olub. Həmin an orada yerin altında 285 nəfər olub. Bunların əksəriyyəti xilas edilib. Son məlumatlara görə, 11 nəfər həlak olub, 35 nəfərin taleyindən xəbər yoxdur.
Şaxtaçıları xilas etməyə gedənlərdən üç nəfərin isə bu gün həlak olduqları bəlli olub.
Bölgədə üç günlük matəm elan edilib.
Xəbər lenti
0