Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Jurnalistlər binasında daha bir qəza

© Sputnik / Zulfiyya GuluyevaHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Güclü külək nəticəsində binalardan birinin pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanan "Hyundai" markalı avtomobilin üstünə düşüb.
BAKI, 25 noyabr — Sputnik. Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən 2-ci Jurnalistlər binasında qəza baş verib. Binanın pəncərəsi yerindən çıxaraq həyətdəki maşının üstünə düşüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə zamanı binanın sakini Emin Mehdinin avtomobili zədələnib. Güclü külək nəticəsində binalardan birinin pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanan "Hyundai" markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobilin üstündəki şüşə örtüyü sınıb.
© Sputnik / Zulfiyya GuluyevaHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Hadisə yerində
Xatırladaq ki, noyabrın 16-da Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan Yolu 22 ünvanında jurnalistlər üçün inşa olunan 3-cü binanın damını külək atmışdı.
Xəbər lenti
0