https://sputnik.az/20211125/ereb-general-nterpolun-yeni-prezidenti-secildi-436664538.html
Ərəb general "İnterpol"un yeni prezidenti seçildi
Ərəb general "İnterpol"un yeni prezidenti seçildi
Sputnik Azərbaycan
Avropanın insan hüquqlarının müdafiəsi təşkilatları bu təyinatı tənqid edib. Belə ki, Əhməd Nair ər-Rəisi ölkəsində siyasi məhbuslara işgəncə verilməsində... 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T16:33+0400
2021-11-25T16:33+0400
2021-11-25T16:33+0400
interpol
dünya xəbərləri
general
ərəb
https://cdnn1.img.sputnik.az/img/42379/74/423797483_0:160:3073:1888_1920x0_80_0_0_a9a56b6eeca8661032990c1e7eb66a37.jpg
BAKI, 25 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərindən olan general-mayor Əhməd Nair ər-Rəisi "İnterpol"un Türkiyənin İstanbul şəhərində keçirilən 89-cu sessiyasında qurumun yeni prezidenti seçilib. RİA Novosti xəbər verir ki, bu barədə sözügedən qurumun "Twitter" hesabında məlumat yerləşdirilib.Qeyd edək ki, 2018-ci ildə bu vəzifəni Cənubi Koreya mənşəli Kim Çjon Yan tuturdu."İnterpol"un yeni prezidenti karyerasına 1980-ci ildə Əbu-Dabidə başlayıb və altı il sonra oğurluğun qarşısının alınması şöbəsinin zabiti olub.London Universitetində İctimai Təhlükəsizlik üzrə magistr və fəlsəfə doktoru dərəcələri alıb. Şəriət Tibbi və Texnologiya İnstitutunun rəhbəri, həmçinin Daxili İşlər Nazirliyinin İnformasiya İdarəsində Texnologiya və informasiya idarəsinin rəisi vəzifələrində çalışıb. 2005-ci ildə Əbu-Dabi Polis İdarəsinin Ümumi Əməliyyatlar üzrə baş direktoru təyin edilib. O, "İnterpol"un rəhbəri vəzifəsinə təyin olunana qədər 2015-ci ildən BƏƏ Daxili İşlər Nazirliyinin baş inspektoru, bu ölkədəki Amerika Universitetinin Elmi Şurasının rəhbəri, eyni zamanda, "İnterpol"un İcra Komitəsinin üzvü olub.Qeyd edək ki, general-mayor Əhməd Nair ər-Rəisinin "İnterpol"un prezidenti seçilməsi birmənalı qarşılanmayıb. Avropanın insan hüquqlarının müdafiəsi təşkilatları bu təyinatı tənqid edib. Belə ki, ərəb general ölkəsində siyasi məhbuslara işgəncə verilməsində iştirak etməkdə ittiham olunur, ona qarşı Türkiyə və Fransada siyasi sığınacaq almış şəxslər tərəfindən məhkəmə iddiaları qaldırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42379/74/423797483_170:0:2901:2048_1920x0_80_0_0_b1ef4c198772d18b239062630b38c669.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
interpol, general, ərəb
Ərəb general "İnterpol"un yeni prezidenti seçildi
Avropanın insan hüquqlarının müdafiəsi təşkilatları bu təyinatı tənqid edib. Belə ki, Əhməd Nair ər-Rəisi ölkəsində siyasi məhbuslara işgəncə verilməsində iştirak etməkdə ittiham olunur.
BAKI, 25 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərindən olan general-mayor Əhməd Nair ər-Rəisi "İnterpol"un Türkiyənin İstanbul şəhərində keçirilən 89-cu sessiyasında qurumun yeni prezidenti seçilib. RİA Novosti xəbər verir ki, bu barədə sözügedən qurumun "Twitter" hesabında məlumat yerləşdirilib.
"BƏƏ-dən olan cənab Əhməd Nasir ər-Rəisi prezident vəzifəsinə (dörd illik müddətə) seçilib", – deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2018-ci ildə bu vəzifəni Cənubi Koreya mənşəli Kim Çjon Yan tuturdu.
"İnterpol"un yeni prezidenti karyerasına 1980-ci ildə Əbu-Dabidə başlayıb və altı il sonra oğurluğun qarşısının alınması şöbəsinin zabiti olub.
London Universitetində İctimai Təhlükəsizlik üzrə magistr və fəlsəfə doktoru dərəcələri alıb. Şəriət Tibbi və Texnologiya İnstitutunun rəhbəri, həmçinin Daxili İşlər Nazirliyinin İnformasiya İdarəsində Texnologiya və informasiya idarəsinin rəisi vəzifələrində çalışıb. 2005-ci ildə Əbu-Dabi Polis İdarəsinin Ümumi Əməliyyatlar üzrə baş direktoru təyin edilib. O, "İnterpol"un rəhbəri vəzifəsinə təyin olunana qədər 2015-ci ildən BƏƏ Daxili İşlər Nazirliyinin baş inspektoru, bu ölkədəki Amerika Universitetinin Elmi Şurasının rəhbəri, eyni zamanda, "İnterpol"un İcra Komitəsinin üzvü olub.
Qeyd edək ki, general-mayor Əhməd Nair ər-Rəisinin "İnterpol"un prezidenti seçilməsi birmənalı qarşılanmayıb. Avropanın insan hüquqlarının müdafiəsi təşkilatları bu təyinatı tənqid edib. Belə ki, ərəb general ölkəsində siyasi məhbuslara işgəncə verilməsində iştirak etməkdə ittiham olunur, ona qarşı Türkiyə və Fransada siyasi sığınacaq almış şəxslər tərəfindən məhkəmə iddiaları qaldırılıb.