https://sputnik.az/20211125/bilesuvarda-beynelxalq-tedbir---hindtoyugu-festivali-436660479.html
Biləsuvarda beynəlxalq tədbir - Hindtoyuğu festivalı
Biləsuvarda beynəlxalq tədbir - Hindtoyuğu festivalı
Sputnik Azərbaycan
Festivalda kulinariya müsabiqəsi də olacaq. Ən yaxşı əlli nəfər həvəskar aşpaz hindtoyuğu yeməkləri bişirəcək. Tədbir bir gün davam edəcək. 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T14:30+0400
2021-11-25T14:30+0400
2021-11-25T14:30+0400
azərbaycan xəbərləri
festival
toyuq
biləsuvar
quş
hind
https://cdnn1.img.sputnik.az/img/42163/83/421638341_0:0:3072:1728_1920x0_80_0_0_8cc50731bed05ed685bc916ee9324777.jpg
BAKI, 25 noyabr — Sputnik. Noyabr ayının 27-si saat 11.00-da Azərbaycanın Biləsuvar rayonunda ilk dəfə hindtoyuğu festivalı keçiriləcək. Bunu “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin və "Azeri Home Chef”in təsisçisi Fəxrəndə Həsənzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.O bildirib ki, bu festivalı hər il keçirmək planlaşdırılır:F.Həsənzadə onu da əlavə edib ki, "Azeri Home Chef” tərəfindən bundan öncə Azərbaycanda ilk dəfə balqabaq, düyü, çörək, balıq festivalları da keçirilib.Qeyd edək ki, hindtoyuğu (lat. Meleagris) — qırqovullar fəsiləsinə aid quş cinsidir, iki növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur.Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilib. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Güney Azərbaycana ilk dəfə Xəzər dənizinin quzeyində olan Həştərxan şəhərindən gətirildiyinə görə bu adla tanınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42163/83/421638341_222:0:2953:2048_1920x0_80_0_0_6097593210cd406bd03333b5c9d05e76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
festival, toyuq, biləsuvar, quş, hind
festival, toyuq, biləsuvar, quş, hind
Biləsuvarda beynəlxalq tədbir - Hindtoyuğu festivalı
Festivalda kulinariya müsabiqəsi də olacaq. Ən yaxşı əlli nəfər həvəskar aşpaz hindtoyuğu yeməkləri bişirəcək. Tədbir bir gün davam edəcək.
BAKI, 25 noyabr — Sputnik. Noyabr ayının 27-si saat 11.00-da Azərbaycanın
Biləsuvar rayonunda ilk dəfə hindtoyuğu festivalı keçiriləcək. Bunu “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin və
"Azeri Home Chef”in təsisçisi
Fəxrəndə Həsənzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O bildirib ki, bu festivalı hər il keçirmək planlaşdırılır:
"Ölkədə ən dadlı hindtoyuğu Biləsuvar rayonu ərazisində yetişdirilir. Ərazidəki duz gölü hindtoyuğuna bu ləzzəti verir. Festivalda ABŞ-ın Azərbaycandakı səfirliyi iştirak edəcək. Bizim məqsədimiz Azərbaycanın milli məxtəbini dünyaya tanıtmaqdır. Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə festival Biləsuvar şəhərinin mərkəzi parkında baş tutacaq. Festivalda kulinariya müsabiqəsi də olacaq. Burada 50 ən yaxşı həvəskar aşpaz hindtoyuğu yeməkləri bişirəcək.Tədbir bir gün davam edəcək".
F.Həsənzadə onu da əlavə edib ki, "Azeri Home Chef” tərəfindən bundan öncə Azərbaycanda ilk dəfə balqabaq, düyü, çörək, balıq festivalları da keçirilib.
Qeyd edək ki, hindtoyuğu (lat. Meleagris) — qırqovullar fəsiləsinə aid quş cinsidir, iki növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur.
Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilib. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Güney Azərbaycana ilk dəfə Xəzər dənizinin quzeyində olan Həştərxan şəhərindən gətirildiyinə görə bu adla tanınıb.