https://sputnik.az/20211125/bdu-nun-qarsisinda-ozbasinaliq-436660993.html
BDU-nun qarşısında özbaşınalıq
BDU-nun qarşısında özbaşınalıq
Sputnik Azərbaycan
Onlar həftənin beş günü bu ərazidə xüsusilə günorta 13:00 radələrində nəqliyyatın hərəkətinin iflic olduğunu, tıxacda qaldığını söyləyirlər. 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T14:33+0400
2021-11-25T14:33+0400
2021-11-25T15:23+0400
bdu
cəmiyyət
avtomobil
tələbə
tıxac
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436660326_0:192:2048:1344_1920x0_80_0_0_62ee20a7b9041984324ec4fcdcc65496.jpg
BAKI, 25 noyabr — Sputnik. Ali təhsil müəssisələrində ənənəvi dərslər başlayandan Bakı Dövlət Universitetinin qarşısı, Zahid Xəlilov və Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti iflic olub.Universitetdə təhsil alan tələbələrin əksəriyyəti şəxsi minik avtomobillərini yolun hərəkət hissəsində saxladıqlarından, bu küçə ilə ictimai nəqliyyatın da hərəkəti də müşkülə dönür.Zahid Xəlilov-23 ünvanında avtomobillər günün əsasən günorta saatlarında saatlarla tıxacda qalır. Yaranmış vəziyyət sürücüləri də hiddətləndirib. Onlar həftənin beş günü bu ərazidə xüsusilə günorta 13:00 radələrində nəqliyyatın hərəkətinin iflic olduğunu, tıxacda qaldığını söyləyirlər.Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı da şikayətlər öz təsdiqini tapıb. Müşahidələr zamanı məlum olub ki, BDU-nun qarşısında sürücülər nəinki avtomobili yolun hərəkət hissəsinin ikinci hissəsində, hətta yolun ortasında saxlayaraq avtomobili tərk edirlər.Avtomobilini yolun hərəkət zolağında saxlayan sürücülər isə ərazidəki parkinqlərdə boş yer olmadığını əsas gətirərək məsuliyyəti öz boyunlarından atmağa çalışdılar.Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazidə BNA-nın kamerası var. Dayanma-durma qaydasını pozanlar kameral görüntü vasitəsilə qeydə alınaraq cərimələnir: "Həmçinin bizim əməkdaşlarımız günün müxtəlif saatlarında ərazidə monitorinq aparırlar. Bəzən növbə dəyişən zaman sürücülər qısa zamanda yaranmış nəzarətsizlikdən istifadə edərək qayda pozuntusuna yol verir, avtomobili yolun hərəkət hissəsində və dayanma-durmanın qadağan olduğu yerdə saxlayırlar. Bu da digər hərəkət iştirakçıları üçün ciddi problem yaradır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436660326_0:0:2048:1536_1920x0_80_0_0_a30cffca6c15e9cf0dc8d939e908e281.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bdu, avtomobil, tələbə, tıxac
bdu, avtomobil, tələbə, tıxac
BDU-nun qarşısında özbaşınalıq
14:33 25.11.2021 (Yenilənib: 15:23 25.11.2021) Eksklüziv
Onlar həftənin beş günü bu ərazidə xüsusilə günorta 13:00 radələrində nəqliyyatın hərəkətinin iflic olduğunu, tıxacda qaldığını söyləyirlər.
BAKI, 25 noyabr — Sputnik. Ali təhsil müəssisələrində ənənəvi dərslər başlayandan Bakı Dövlət Universitetinin qarşısı, Zahid Xəlilov və Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti iflic olub.
Universitetdə təhsil alan tələbələrin əksəriyyəti şəxsi minik avtomobillərini yolun hərəkət hissəsində saxladıqlarından, bu küçə ilə ictimai nəqliyyatın da hərəkəti də müşkülə dönür.
Zahid Xəlilov-23 ünvanında avtomobillər günün əsasən günorta saatlarında saatlarla tıxacda qalır. Yaranmış vəziyyət sürücüləri də hiddətləndirib. Onlar həftənin beş günü bu ərazidə xüsusilə günorta 13:00 radələrində nəqliyyatın hərəkətinin iflic olduğunu, tıxacda qaldığını söyləyirlər.
Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı da şikayətlər öz təsdiqini tapıb. Müşahidələr zamanı məlum olub ki, BDU-nun qarşısında sürücülər nəinki avtomobili yolun hərəkət hissəsinin ikinci hissəsində, hətta yolun ortasında saxlayaraq avtomobili tərk edirlər.
Avtomobilini yolun hərəkət zolağında saxlayan sürücülər isə ərazidəki parkinqlərdə boş yer olmadığını əsas gətirərək məsuliyyəti öz boyunlarından atmağa çalışdılar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazidə BNA-nın kamerası var. Dayanma-durma qaydasını pozanlar kameral görüntü vasitəsilə qeydə alınaraq cərimələnir: "Həmçinin bizim əməkdaşlarımız günün müxtəlif saatlarında ərazidə monitorinq aparırlar. Bəzən növbə dəyişən zaman sürücülər qısa zamanda yaranmış nəzarətsizlikdən istifadə edərək qayda pozuntusuna yol verir, avtomobili yolun hərəkət hissəsində və dayanma-durmanın qadağan olduğu yerdə saxlayırlar. Bu da digər hərəkət iştirakçıları üçün ciddi problem yaradır".