https://sputnik.az/20211125/axtarisda-olan-3-qardas-tutulub-436655117.html
Axtarışda olan 3 qardaş tutulub
Axtarışda olan 3 qardaş tutulub
Sputnik Azərbaycan
Polis əməkdaşları Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşlarının yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami... 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T13:44+0400
2021-11-25T13:44+0400
2021-11-25T13:24+0400
polis
azərbaycan xəbərləri
cinayət
gəncə
şəmkir
tutulan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198308_0:317:3079:2048_1920x0_80_0_0_7f9e05f7824c0c09bba46b77d02897c0.jpg
BAKI, 25 noyabr — Sputnik. Axtarışda olan Şəmkir rayon sakinləri saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) və DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışda olan şəxslər saxlanılıb.Polis əməkdaşları Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşlarının yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər.İdarədə onların üzərinə baxış keçirilən zaman, narkotik maddə olan metamfetamin aşkar olunaraq götürülüb.Hər üç şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198308_0:0:2731:2048_1920x0_80_0_0_feccc4cf07656bb489ba72983bca8653.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
polis, cinayət, gəncə, şəmkir, tutulan
polis, cinayət, gəncə, şəmkir, tutulan
Axtarışda olan 3 qardaş tutulub
Polis əməkdaşları Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşlarının yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər.
BAKI, 25 noyabr — Sputnik. Axtarışda olan Şəmkir rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) və DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışda olan şəxslər saxlanılıb.
Polis əməkdaşları Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşlarının yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər.
İdarədə onların üzərinə baxış keçirilən zaman, narkotik maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Hər üç şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.