https://sputnik.az/20211124/sirvanda-qardaslar-10-min-manat-deyerinde-iribuynuzlu-heyvanlari-ogurlayib-436616956.html
Şirvanda qardaşlar 10 min manat dəyərində iribuynuzlu heyvanları oğurlayıb
Şirvanda qardaşlar 10 min manat dəyərində iribuynuzlu heyvanları oğurlayıb
Sputnik Azərbaycan
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T23:47+0400
2021-11-24T23:47+0400
2021-11-24T23:47+0400
manat
cəmiyyət
oğurluq
şirvan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426124936_0:161:3069:1887_1920x0_80_0_0_2e5743889d6fa17aa61f63998e9b633d.jpg
BAKI, 24 noyabr — Sputnik. Şirvanda vətəndaşlara məxsus iribuynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisində yerləşən səkkiz fərdi təsərrüfatlardan 12 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciətlər daxil olub.Hesablamalara əsasən, zərərçəkmişlərə 10000 manatdan çox maddi ziyan dəyib.ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid və Əhmədağa Hüseynov qardaşları saxlanılıblar.Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etmədikləri araşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426124936_169:0:2900:2048_1920x0_80_0_0_ed3eaa27668213b5bba99443cbdd4e8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, oğurluq, şirvan
Şirvanda qardaşlar 10 min manat dəyərində iribuynuzlu heyvanları oğurlayıb
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
BAKI, 24 noyabr — Sputnik. Şirvanda vətəndaşlara məxsus iribuynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisində yerləşən səkkiz fərdi təsərrüfatlardan 12 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciətlər daxil olub.
Hesablamalara əsasən, zərərçəkmişlərə 10000 manatdan çox maddi ziyan dəyib.
ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid və Əhmədağa Hüseynov qardaşları saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etmədikləri araşdırılır.