CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailəsi üzvlərinə və əlil olmuş hərbi qulluqçulara vergi güzəşti ediləcək

© Sputnik / Ilham MustafayevŞəhid İsmət Qurbanovun fotoları və şəxsi əşyaları
Şəhid İsmət Qurbanovun fotoları və şəxsi əşyaları - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
BAKI, 24 noyabr — Sputnik. Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, birinci oxunuşda qanun layihəsində Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulmuşdu.
Dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Xəbər lenti
0