https://sputnik.az/20211124/randan-azerbaycana-narkotik-kecirmek-ucun-gorun-neye-al-atdi-436627474.html
İrandan Azərbaycana narkotik keçirmək üçün görün nəyə al atdı
İrandan Azərbaycana narkotik keçirmək üçün görün nəyə al atdı
Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları maşının mühərrikində İrandan Azərbaycana narkotik və... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T18:43+0400
2021-11-24T18:43+0400
2021-11-24T18:43+0400
narkotik
cəmiyyət
iran
psixotrop maddə
psixotrop maddələr
narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_0:0:1509:850_1920x0_80_0_0_aa1238616038740bc5d6538afb6dc56b.jpg
BAKI, 24 noyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan ölkəmizə gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Foton" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.Sputnik Azərbaycan-ın komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.Yoxlama zamanı avtomobilin mühərrikində yerləşən radiator ilə onun arxa hissəsindəki plastik qoruyucunun arasındakı boşluqda falqaya bükülmüş bir ədəd bağlamada gömrük nəzarətindən gizlədilən 30 həb "Tamol 225 mg", 4 həb "Tramadol 200" adlı dərman preparatları və ümumi çəkisi 9 qram olan narkotik vasitə - marixuana aşkar edilib.Xatırladaq ki, 34 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 7,55 qram təşkil edir və "Tramadol" müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_69:0:1509:1080_1920x0_80_0_0_3c6567eb2f8b14cd066d6ffcd730c331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, iran, psixotrop maddə, psixotrop maddələr, narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik
narkotik, iran, psixotrop maddə, psixotrop maddələr, narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik
İrandan Azərbaycana narkotik keçirmək üçün görün nəyə al atdı
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları maşının mühərrikində İrandan Azərbaycana narkotik və psixotrop maddələr keçirən adamı faş etdilər.
BAKI, 24 noyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan ölkəmizə gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Foton" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Sputnik Azərbaycan-ın komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.
Yoxlama zamanı avtomobilin mühərrikində yerləşən radiator ilə onun arxa hissəsindəki plastik qoruyucunun arasındakı boşluqda falqaya bükülmüş bir ədəd bağlamada gömrük nəzarətindən gizlədilən 30 həb "Tamol 225 mg", 4 həb "Tramadol 200" adlı dərman preparatları və ümumi çəkisi 9 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Xatırladaq ki, 34 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 7,55 qram təşkil edir və "Tramadol" müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.