Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qusarda qumbara və xeyli sursat aşkarlanıb

© Sputnik / Mediabanka keçidQumbara
Qumbara  - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Hadisə yerinə gedən polis əməkdaşları müxtəlif sursatlar aşkar edərək götürüblər.
BAKI, 24 noyabr — Sputnik. Qusar rayonu ərazisindən kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən polis əməkdaşları kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.
Xəbər lenti
0