https://sputnik.az/20211124/putin-vaksinasiya-konullu-olmalidir-436640940.html
Putin: "Vaksinasiya könüllü olmalıdır"
Putin: "Vaksinasiya könüllü olmalıdır"
Sputnik Azərbaycan
Rusiya prezidenti əlavə peyvənd proseduralarından sonra özünü normal hiss etdiyini də deyib. 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T19:20+0400
2021-11-24T19:20+0400
2021-11-24T19:22+0400
vaksinasiya
rusiya
vladimir putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427662175_0:0:3451:1941_1920x0_80_0_0_c890dba17cdd06fc3b417341a02dea60.jpg
BAKI, 24 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı burun yolu ilə toz şəklində preparatla vaksinasiya olunub. Bu barədə o özü hökumət üzvləri ilə noyabrın 24-də keçirilən görüşdə məlumat verib.Rusiya lideri burun yolu ilə əlavə peyvənd dozasının təkrar vaksinasiya prosesi çərçivəsində tətbiq olunduğunu da bildirib. Qeyd edək o, noyabrın 22-də "Sputnik Layt" peyvəndi ilə revaksinasiya olunub."Vaksinasiyadan düz altı ay sonra məndə koronavirusa qarşı antitellərin sayı azalmağa başladı və mütəxəssislər məsləhət gördülər ki, revaksinasiya prosedurundan keçim. Mən də buna əməl etdim", – deyə prezident bildirib.Putin sözügedən proseduralardan sonra özünü normal hiss etdiyini də deyib.Rusiya prezidenti peyvəndin vacibliyini vurğulasa da, vaksinasiya barədə qərarın könüllük prinsipi əsasında qəbul edilməli olduğuna inanır."Ümumiyyətlə, belə hesab edirəm ki, peyvəndlər könüllü olmalıdır. Xüsusən də uşaqlar üçün", – deyə o bildirib.Həmçinin oxuyun: Putin "buster" dozanı qəbul etdiPutin: Pandemiya Yaxın Şərqdəki vəziyyətə təsir edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427662175_183:0:2914:2048_1920x0_80_0_0_0070405f3eff5a96b99ca0efbd9b9b53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaksinasiya, vladimir putin, rusiya prezidenti vladimir putin
vaksinasiya, vladimir putin, rusiya prezidenti vladimir putin
Putin: "Vaksinasiya könüllü olmalıdır"
19:20 24.11.2021 (Yenilənib: 19:22 24.11.2021) Rusiya prezidenti əlavə peyvənd proseduralarından sonra özünü normal hiss etdiyini də deyib.
BAKI, 24 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı burun yolu ilə toz şəklində preparatla vaksinasiya olunub. Bu barədə o özü hökumət üzvləri ilə noyabrın 24-də keçirilən görüşdə məlumat verib.
Rusiya lideri burun yolu ilə əlavə peyvənd dozasının təkrar vaksinasiya prosesi çərçivəsində tətbiq olunduğunu da bildirib. Qeyd edək o, noyabrın 22-də "Sputnik Layt" peyvəndi ilə revaksinasiya olunub.
"Vaksinasiyadan düz altı ay sonra məndə koronavirusa qarşı antitellərin sayı azalmağa başladı və mütəxəssislər məsləhət gördülər ki, revaksinasiya prosedurundan keçim. Mən də buna əməl etdim", – deyə prezident bildirib.
Putin sözügedən proseduralardan sonra özünü normal hiss etdiyini də deyib.
Rusiya prezidenti peyvəndin vacibliyini vurğulasa da, vaksinasiya barədə qərarın könüllük prinsipi əsasında qəbul edilməli olduğuna inanır.
"Ümumiyyətlə, belə hesab edirəm ki, peyvəndlər könüllü olmalıdır. Xüsusən də uşaqlar üçün", – deyə o bildirib.