Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Pandemiya Yaxın Şərqdəki vəziyyətə təsir edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas
Rusiya prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Rusiya Prezidenti: Biz Fələstinə müvafiq dərmanlar, peyvəndlər təqdim edirik, tibb mütəxəssislərimiz ora gedirlər.
BAKI, 23 noyabr — Sputnik. Bölgədəki xarici təzyiq və gərginliklə yanaşı, pandemiya da Yaxın Şərqdəki vəziyyətə öz töhfəsini verir. Rusiya koronavirusla mübarizədə Fələstini dəstəkləmək üçün səy göstərir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbas ilə görüşündə deyib.

"Biz hamımızın yaşadığı vəziyyəti başa düşürük ... Kənardan gələn təzyiqlərdən və qonşularla bölgədəki gərgin vəziyyətdən başqa, koronavirus infeksiyası da vəziyyətə öz töhvəsini verir", - deyə Rusiyanın dövlət başçısı qeyd edib.

Daha sonra Putin Rusiyanın Fələstini bu istiqamətdə dəstəkləmək üçün səy göstərdiyini dilə gətirib:
"Biz Fələstinə müvafiq dərmanlar, peyvəndlər təqdim edirik, tibb mütəxəssislərimiz ora gedirlər", - deyə Rusiya prezidenti əlavə edib.
Xəbər lenti
0