Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mıxlıqovaqda toya getdilər, üstəlik cərimələndilər də

© Sputnik / Rahim MuradovLənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı
Lənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Yoxlamalar zamanı hər bir mərasimdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də 28 nəfərin COVID-19 pasportu olmadığı müəyyən olunub.
BAKI, 24 noyabr — Sputnik. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlamalar zamanı hər bir mərasimdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də 28 nəfərin COVID-19 pasportu olmadığı müəyyən olunub.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elxan Səmədov və Qriqori Aşuqov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.
Xəbər lenti
0