https://sputnik.az/20211124/hansi-mehsullar-insan-orqanizmi-ucun-zererlidir-436609188.html
Hansı məhsullar insan orqanizmi üçün zərərlidir
Hansı məhsullar insan orqanizmi üçün zərərlidir
Sputnik Azərbaycan
Həkim: Yoqurtun daha dadlı olması üçün istehsalçılar meyvələrdən əlavə ora konservantlar, boyalar və şəkər əlavə edə bilərlər. 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T08:37+0400
2021-11-24T08:37+0400
2021-11-24T08:37+0400
cəmiyyət
məhsul
balıq
orqanizm
civə
fayda
https://cdnn1.img.sputnik.az/img/29680/82/296808290_0:52:680:435_1920x0_80_0_0_42e913647074daa5cba35468dbb44c01.jpg
BAKI, 24 noyabr — Sputnik. Həkim-diyetoloq Yevgeni Arzamastsev "Moskva 24" telekanalının efirində orqanizmə zərər verə biləcək "faydalı" məhsullardan danışıb.Onun sözlərinə görə, tuna balığı orqanizmə təhlükəli ola bilər. Bu balıq yaşadığı həyatı boyu civə də daxil olmaqla ağır metalları özündə toplayır."Başa düşmək vacibdir ki, tuna uzun ömür yaşayan böyük balıqdır. Bu balıq nə qədər uzun yaşarsa, bir o qədər də çox özündə zərərli komponentlər toplaya bilər", - deyə diyetoloq bildirib.Arzamastsev həmçinin tez həzm oluna bildiyi üçün maddələr mübadiləsinin pozulmasına səbəb ola biləcək tez bişirilən yulafı sevən insanlara xəbərdarlıq edib. "Həm yulaf dənələri, həm də bütöv yulaf mövcuddur. Yulaf dənələri mümkün qədər tez hazırlanan məhsuldur", - deyə həkim əlavə edib.Həkim-diyetoloqun fikrincə, yoqurt da zərərli məhsul ola bilər."Yoqurtun daha dadlı olması üçün istehsalçılar meyvələrdən əlavə ora konservantlar, boyalar və şəkər əlavə edə bilərlər", - deyə ekspert qeyd edib.Bundan əlavə, Arzamastsev başqa ölkələrdən gətirilən almaları diqqətlə seçməyi məsləhət görüb. "Çox güman ki, bu cür meyvələr güclü hazırlanır. Onların qabıqlarının gözəl olması üçün mum ilə örtülür, həmçinin daşınma zamanı parazit və göbələklərdən qoruyub saxlamaq üçün meyvələrə göbələk əleyhinə maddələr tətbiq edilir", - deyə diyetoloq xəbərdarlıq edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/29680/82/296808290_28:0:608:435_1920x0_80_0_0_88dddde5affb24fef4922d9ec478cb7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhsul, balıq, orqanizm, civə, fayda
məhsul, balıq, orqanizm, civə, fayda
Hansı məhsullar insan orqanizmi üçün zərərlidir
Həkim: Yoqurtun daha dadlı olması üçün istehsalçılar meyvələrdən əlavə ora konservantlar, boyalar və şəkər əlavə edə bilərlər.
BAKI, 24 noyabr — Sputnik. Həkim-diyetoloq Yevgeni Arzamastsev "Moskva 24" telekanalının efirində orqanizmə zərər verə biləcək "faydalı" məhsullardan danışıb.
Onun sözlərinə görə, tuna balığı orqanizmə təhlükəli ola bilər. Bu balıq yaşadığı həyatı boyu civə də daxil olmaqla ağır metalları özündə toplayır.
"Başa düşmək vacibdir ki, tuna uzun ömür yaşayan böyük balıqdır. Bu balıq nə qədər uzun yaşarsa, bir o qədər də çox özündə zərərli komponentlər toplaya bilər", - deyə diyetoloq bildirib.
Arzamastsev həmçinin tez həzm oluna bildiyi üçün maddələr mübadiləsinin pozulmasına səbəb ola biləcək tez bişirilən yulafı sevən insanlara xəbərdarlıq edib.
"Həm yulaf dənələri, həm də bütöv yulaf mövcuddur. Yulaf dənələri mümkün qədər tez hazırlanan məhsuldur", - deyə həkim əlavə edib.
Həkim-diyetoloqun fikrincə, yoqurt da zərərli məhsul ola bilər.
"Yoqurtun daha dadlı olması üçün istehsalçılar meyvələrdən əlavə ora konservantlar, boyalar və şəkər əlavə edə bilərlər", - deyə ekspert qeyd edib.
Bundan əlavə, Arzamastsev başqa ölkələrdən gətirilən almaları diqqətlə seçməyi məsləhət görüb. "Çox güman ki, bu cür meyvələr güclü hazırlanır. Onların qabıqlarının gözəl olması üçün mum ilə örtülür, həmçinin daşınma zamanı parazit və göbələklərdən qoruyub saxlamaq üçün meyvələrə göbələk əleyhinə maddələr tətbiq edilir", - deyə diyetoloq xəbərdarlıq edib.