CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN xəbərdarlıq etdi – Hava şəraiti kəskin dəyişəcək

© AP Photo / Emilio MorenattiDənizdə dalğa, arxiv şəkli
Dənizdə dalğa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
BAKI, 24 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 24-ü günün ikinci yarısından başlayaraq noyabrın 27-dək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə noyabrın 25-i gündüzədək güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Xüsusilə, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"
Xəbər lenti
0