DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BƏƏ-dən Türkiyəyə nəhəng investisiya

© AP Photo / Kamran JebreiliƏbu-Dabi şəhərinə mənzərə, arxiv şəkli
Əbu-Dabi şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
İki ölkə arasında ticarət, enerji və ekologiya sahələrində əməkdaşlığa dair qarşılıqlı memorandumlarla yanaşı, Türkiyəyə birbaşa investisiya qoyuluşunu nəzərdə tutan sazişlər də imzalanacaq.
BAKI, 24 noyabr — Sputnik. Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə səfər edib.
TRT Haber-in əldə etdiyi məlumata görə, səfər çərçivəsində iki ölkə arasında ticarət, enerji və ekologiya sahələrində əməkdaşlığa dair qarşılıqlı memorandumlarla yanaşı, Türkiyəyə birbaşa investisiya qoyuluşunu nəzərdə tutan sazişlər də imzalanacaq.
Sözügedən investisiya sazişləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət investisiya fondu olan Əbu-Dabi İnkişaf Holdinqi ilə Türkiyə Sərvət Fondu və Prezident yanında İnvestisiya İdarəsi tərəfindən imzalanacaq.
Bu arada, "Reuters"-İN adının açıqlanmasını istəməyən iki mənbədən əldə etdiyi məlumata görə, Türkiyə Respublikası Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu prezident administrasiyasında BƏƏ-nin səlahiyyətli nümayəndələri iri həcmli valyuta mübadilə müqaviləsi ilə bağlı ilkin razılığa gəlmək üçün görüşüb.
Amma Mərkəzi Bank bu məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının Çinlə 6, Qətərlə 15, Cənubi Koreya ilə 2 milyard dollar olmaqla cəmi 23 milyon dollarlıq valyuta mübadilə razılaşması mövcuddur.
Həmçinin oxuyun:
Qiymət və xərclərdə dəyişiklik olacaq: Türk lirəsindən daha nələr gözləyək?
Xəbər lenti
0