https://sputnik.az/20211124/bdu-ya-mexsus-erazi-hasarlanib-giris-yasaqlanib-436624500.html
BDU-ya məxsus ərazi hasarlanıb, giriş yasaqlanıb
BDU-ya məxsus ərazi hasarlanıb, giriş yasaqlanıb
Sputnik Azərbaycan
BAKI, 24 noyabr — Sputnik. "Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T15:10+0400
2021-11-24T15:10+0400
2021-11-24T15:10+0400
bdu
cəmiyyət
yataqxana
tələbə
hasar
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426428587_0:228:3073:1956_1920x0_80_0_0_b02c13b42aa5fe141d3a8a5e80bef196.jpg
BAKI, 24 noyabr — Sputnik. "Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır".Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, ali təhsil müəssisəsinin yeni tikilən 225 nəfərlik yataqxanası əsaslı şəkildə təmir olunub və tələbələr üçün lazımi vasitələrlə təmin olunub: "Universitetin əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Həmin hissəni hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil".E.Babayev bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində BDU-nun köhnə yataqxanasının ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur: "Hazırda layihələr üzərində işləyirik. Düşünürük ki, burada tələbə şəhərciyi salınandan sonra nəinki öz universitetimizin tələbələrini, eyni zamanda yaxınlıqdakı digər ali məktəblərin də tələbələrini qalacaq yerlə təmin etmək imkanımız olacaq. Hazırda yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr də var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426428587_55:0:2786:2048_1920x0_80_0_0_b869cd78d2e5c06b89a3814e2a22a14c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bdu, yataqxana, tələbə, hasar
bdu, yataqxana, tələbə, hasar
BDU-ya məxsus ərazi hasarlanıb, giriş yasaqlanıb
BAKI, 24 noyabr — Sputnik. "Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır".
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) rektoru
Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisəsinin yeni tikilən 225 nəfərlik yataqxanası əsaslı şəkildə təmir olunub və tələbələr üçün lazımi vasitələrlə təmin olunub: "Universitetin əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Həmin hissəni hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil".
E.Babayev bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində BDU-nun köhnə yataqxanasının ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur: "Hazırda layihələr üzərində işləyirik. Düşünürük ki, burada tələbə şəhərciyi salınandan sonra nəinki öz universitetimizin tələbələrini, eyni zamanda yaxınlıqdakı digər ali məktəblərin də tələbələrini qalacaq yerlə təmin etmək imkanımız olacaq. Hazırda yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr də var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir".