https://sputnik.az/20211124/azerbaycanda-erken-nikahlar-cemiyyet-ne-dusunur-436628346.html
Azərbaycanda erkən nikahlar: Cəmiyyət nə düşünür
Azərbaycanda erkən nikahlar: Cəmiyyət nə düşünür
Sputnik Azərbaycan
Bəzi ölkələrdə yeniyetmə yaşlarında nikaha daxil olmaq kimi hallar mövcuddur. Sputnik Azərbaycan oxucuların diqqətinə ölkə əhalisinin bu problemə münasibətini... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T17:00+0400
2021-11-24T17:00+0400
2021-11-24T17:00+0400
nikah
infoqrafika
erkən nikah
erkən nikahlar
erkən evlilik
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436437083_0:0:268:152_1920x0_80_0_0_202eb1993dae0990e0c65ab2ddf13d8a.png
Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif dövlət qurumları erkən nikahların yolverilməzliyi ilə bağlı xəbərdarlıq edir. Erkən nikahlar çox vaxt yeniyetmə qızları hətta məktəbdə təhsilini başa vurmaq imkanından belə, məhrum edir.Media Təhlil Mərkəzinin (MTM) xüsusi araşdırmasına görə, əhalinin əhəmiyyətli hissəsi erkən nikahların aşkar olunduğu halda cəza tətbiqinin labüdlüyünə səs verir. Mərkəzin keçirdiyi sorğunun göstərdiyi kimi, respondentlərin yarıdan çoxu bu problemin həllinin sərt yolunun tərəfdarıdır.Üstəlik, bu, həm valideynlərə, həm də nikaha daxil olanların özlərinə aiddir. Belə ki, anketdə qeydə alınanların 31%-i valideynlərin, təxminən 26%-i isə "evlənənlərin" özlərinin cəzalandırılmasını tələb ediblər. Hətta sosial çarxların erkən nikah problemini həll edə biləcəyinə inananlar da var.Ölkə sakinlərinin erkən nikahlar haqqında nə düşündükləri, bu halların hansı bölgələrdə daha tez-tez baş verdiyi, eləcə də hansı yaşın evlilik üçün daha uyğun olduğu haqda Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında daha ətraflı tanış ola bilərsiniz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436437080_0:0:269:202_1920x0_80_0_0_8df0d3f7d59441638c75882500f1e0b8.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikah, инфографика, erkən nikah, erkən nikahlar, erkən evlilik
nikah, инфографика, erkən nikah, erkən nikahlar, erkən evlilik
Azərbaycanda erkən nikahlar: Cəmiyyət nə düşünür
Bəzi ölkələrdə yeniyetmə yaşlarında nikaha daxil olmaq kimi hallar mövcuddur. Sputnik Azərbaycan oxucuların diqqətinə ölkə əhalisinin bu problemə münasibətini əks etdirən infoqrafikanı təqdim edir.
Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif dövlət qurumları erkən nikahların yolverilməzliyi ilə bağlı xəbərdarlıq edir. Erkən nikahlar çox vaxt yeniyetmə qızları hətta məktəbdə təhsilini başa vurmaq imkanından belə, məhrum edir.
Media Təhlil Mərkəzinin (MTM) xüsusi araşdırmasına görə, əhalinin əhəmiyyətli hissəsi erkən nikahların aşkar olunduğu halda cəza tətbiqinin labüdlüyünə səs verir. Mərkəzin keçirdiyi sorğunun göstərdiyi kimi, respondentlərin yarıdan çoxu bu problemin həllinin sərt yolunun tərəfdarıdır.
Üstəlik, bu, həm valideynlərə, həm də nikaha daxil olanların özlərinə aiddir. Belə ki, anketdə qeydə alınanların 31%-i valideynlərin, təxminən 26%-i isə "evlənənlərin" özlərinin cəzalandırılmasını tələb ediblər. Hətta sosial çarxların erkən nikah problemini həll edə biləcəyinə inananlar da var.
Ölkə sakinlərinin erkən nikahlar haqqında nə düşündükləri, bu halların hansı bölgələrdə daha tez-tez baş verdiyi, eləcə də hansı yaşın evlilik üçün daha uyğun olduğu haqda Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında daha ətraflı tanış ola bilərsiniz.