Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ağdamda "ağ qızıl": Həm azdır, həm də gecikib

© Sputnik / Emin AlisahibAğdamda pambıq yığımı
Ağdamda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Ötən ilin bu dövrü ilə müqayisədə həm yığım gecikib, həm də məhsuldarlıq aşağı düşüb. Fermerlər buna səbəb kimi yay aylarının isti və quraq keçməsini göstərsə də, mütəxəssislər fermerlərin pambığa lazımı üzvü və mineral gübrələrin verməməkdə görür.
BAKI, 24 noyabr — Sputnik. Yay aylarında havaların isti və quraq keçməsi pambığın inkişafına mənfi təsir göstərib. Son günlər isə məhsul yığımı dövründə havaların yağmurlu olması fermerlərin ili zərərlə başa vurmasına səbəb olacaq. Fermer Cəlil Bağırov deyir ki, yığım dekabrın birinci yarısınadək davam edə bilər. Bu da məhsuldarlığın aşağı düşməsi ilə yanaşı həm də pambığın keyfiyyətini də aşağı salacaq.
“Pambıq gec yetişdi. Soyuq havalar hardasa 20 gün tez düşdü. Keçən ilkindən bu ilki yığım fərqlidir. Bu il havanın soyuq olması yığımı da gecikdirdi. Hardasa 20 gün gec yığılır. Keçən il bir 1.4 hektardan 7600 kq pambıq vermişdim”.
© Sputnik / Emin AlisahibAğdamda pambıq yığımı
Ağdamda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Ağdamda pambıq yığımı
Fermerlər deyir ki, mövcud vəziyyət pambığın məhsuldarlığına da təsirsiz ötüşməyib. Fermer Vasif Şahverənovun sözlərinə görə, bu il 5 hektar pambıq əkib. Havanın quraq keçməsi səbəbindən məhsuldarlıq aşağıdır:
“Bu il beş hektar pambıq əkmişəm. İl quraqlıq olduğu üçün məhsuldarlıq bir qədər zəif olub. Hər hektardan hardasa 25-30 sentner məhsul götürmüşük. Əvvəllər hər iki ildən bir çiyidin sortu dəyişdirilirdi. Amma 6-7 ildir həmin çiyidi təkrarən torpağa səpirik. Mən bu işlə uzun ilərdir məşğulam. Belə fikirləşirəm ki, çiyidin sortunun dəyişdirilməməsi bu il məhsuldarlığa təsir eləyib. Keçən il müharibənin o çətin vəziyyətində 30-35 sentner məsul götürmüşdük. Bu il az olacaq”.
"Ağ qızıl"ın məhsuldarlığının aşağı olmasında suyun olmamasının da böyük rolu var deyir, fermerlər. Onlar bildirir ki, pambıq əkənlər bu il su ilə bağlı xeyli çətinliklə üzləşib. Fermer Seyfəddin Əliyev bildirir ki, pambığa bu il lazımı qədər su verilməyib.
© Sputnik / Emin AlisahibAğdamda pambıq yığımı
Ağdamda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Ağdamda pambıq yığımı
“Biz 12 hektar pambıq əkmişdik. Beş dəfə su vurmuşuq. Beş dəfə su vurduğumuza baxmayaraq, çox çətin il oldu. Pambıq təsərrüfatı belədir ki, bu gün suvardıqsa, üç gündən sonra yenidən suvarmaq lazımdır. Bütün aqro-texniki qaydaların hər birinə əməl elədik. Məsələn, mən özüm çox güclü məhsul gözləyirdim. Amma olmadı. Biz kənddə, təsərrüfatda böyümüş adamlarıq. Pambığa necə qulluq etmək lazımdır, yaxşı bilirik. Ancaq nə qədər çalışdıq sentner ala bilmədik. 12 hektardan cəmi 25 ton pambıq verə bildim. Demək olar ki, pambıq çəki vermədi”.
Aqronom Damət Sultanov hesab edir ki, pambığın becərilməyində ənənəvi əkin qaydalarından başqa həm də müasir innovativ qaydalardan, bioloji kökdən kənar yemləmə üsullarından istifadə etmək lazımdır. Hazırda ölkəyə gətirilən bəzi dərman preparatlarının heç bir mənfi təsiri yoxdur.
© Sputnik / Emin AlisahibAğdamda pambıq yığımı
Ağdamda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Ağdamda pambıq yığımı
“Bitkinin aktiv inkişaf dövründə maksimal gübrələrlə və mineral maddələrlə təminatı, onun xarici mühit amilinin təsirlərindən qorunmasına, vitaminlərlə zənginləşməsinə kömək edir. Eyni zamanda bu, bitkinin istilikdən və susuzluq şəraitindən qorunmasına xidmət edir. Məsələn, sink preparatının tətbiqi bitkinin aktiv generativ inkişafına kömək edir. Yəni çiçəkləmə fazasında çiçəyin artırılmasını və barvermə orqanlarının bərpasını təmin edir”.
Mütəxəssislər bildirir ki, əslində pambıqçılıqda məhsuldarlığı artıran əsas amillərdən biri də çiyid subyektidir. Əkin vaxtı fermer mütəxəssislərə müraciət edib rayonlaşdırılmış yüksək məhsuldar pambıq çiyidi səpsə, ilin sonunda məhsul yığımı vaxtı əli boşda qalmaz.
Qeyd edək ki, pambıqçılıq Azərbaycanda qeyri-neft sektorunun inkişafının əsas istiqamətlərindən biri kimi müəyyən edilib və son illər dövlət bu sahəyə ciddi diqqət yetirməyə başlayıb. Pambıqçılığın inkişafı eyni zamanda bölgələrdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün də mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
0