https://sputnik.az/20211124/abs-ukraynani-rusiya-ile-muharibeye-vadar-edir-436631621.html
ABŞ Ukraynanı Rusiya ilə müharibəyə vadar edir
ABŞ Ukraynanı Rusiya ilə müharibəyə vadar edir
Sputnik Azərbaycan
Vaşinqton Ukraynaya qarşı "Rusiya işğalı" bəhanəsi altında Borispol hava limanına 80 ton döyüş sursatı göndərib, yeni silahların və hərbi müşavirlərin... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T22:25+0400
2021-11-24T22:25+0400
2021-11-24T22:25+0400
rusiya
təhlil
abş
moskva
ukrayna
donbas
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690627_0:0:3072:1728_1920x0_80_0_0_94854c165003012d10f46fda9b79413e.jpg
ABŞ ciddi şəkildə Rusiya əleyhinə "Ukrayna kartı"nı oynayır. Ukrayna Silahlı Qüvvələri və NATO-nun iştirakı ilə planlaşdırılan təxribat nöqtələrində Rusiya ilə intihara bərabər hərbi toqquşmadan Kiyev rejimini yalnız möcüzə xilas edə bilər. Amerikalılar "Solntsepek" və "TOS-2" ağır odsaçan sistemlərinin zərbələri altında ukraynalı hərbçilərin kütləvi şəkildə həlak olması ilə Avropada kimin ev sahibi olduğunu göstərmək niyyətindədirlər.Vaşinqton Ukraynaya qarşı "Rusiya işğalı" bəhanəsi altında operativ şəkildə Borispol hava limanına 80 ton döyüş sursatı göndərib, yeni silahların və hərbi müşavirlərin də oraya göndərilməsi variantlarını isə nəzərdən keçirir. Söhbət yalnız tank əleyhinə "Javelin" kompleksindən getmir. ABŞ Kiyevə Mi-17 helikopterlərinin "əfqan partiyası"nı və "Stinger" və "Patriot" hava hücumundan müdafiə sistemlərini də göndərmək niyyətindədir. "Patriotlar" Ukraynada yalnız o halda işə yaraya bilər ki, Pentaqonun mütəxəssisləri (hərbi bölmələri) də onlarla birlikdə bu ölkəyə yollansın. Bu zaman həmin silahlardan təyinatı üzrə istifadə olunar. Çünki Ukrayna Silahlı Qüvvələrinin bunu mənimsəmək üçün təlimi keçməyə, sadəcə, vaxtı yoxdur. Döyüş sahəsində operativ planlaşdırma (NATO standartları üzrə) üçün də Amerika hərbi müşavirlərinə ehtiyac var.Amerika hərbçiləri və hərbi müşavirləri Donbasa gedib çıxa biləcəklərmi? Məsələ sual altında olsa da, bu istiqamətdə hərəkətlilik açıq-aşkar nəzərə çarpır.Ukrayna Silahlı Qüvvələri "Javelin" Tank Əleyhinə Raket Kompleksini ilk dəfə təmas xəttində tətbiq edib. Kiyevin ABŞ-dakı Səfirliyinin hərbi attaşesi, polkovnik Brendon Presli Pentaqonun kəşfiyyat zabitləri qrupu ilə birgə noyabrın 20-də Donbas cəbhə xəttinə - Peski və Marinka yaşayış məntəqələrinə baş çəkib.Cəza qüvvələri qrupunun komandirinin müavini Anatoli Şevçenko amerikalılara xəritələri və əməliyyat vəziyyətini izah edib. Əslində, döyüş mövqelərinin kəşfiyyatı, yəni, düşmənin birbaşa döyüş meydanında qiymətləndirilməsi aparılıb ki, bu, heç də ABŞ səfirliyi nümayəndəsinin rəsmi vəzifələrinə aid deyil.Ötən həftənin sonlarında NATO-nun Baş katibi Yens Stoltenberq "rus qoşunlarının Ukrayna sərhədləri yaxınlığında izaholunmaz cəmləşməsi" barədə məlumat verdi. Bundan başqa, Pentaqon Rusiya hərbi birləşmələrinin guya 2022-ci ilin yanvar-fevral aylarında eyni vaxtda bir neçə istiqamətdən baş tutacaq "təcavüzünə" hazır vəziyyətdə olan 100-ə yaxın batalyon taktiki qrupun (100 min hərbçinin) işarələndiyi xəritələri də avropalı müttəfiqlərinə ötürüb.Vaşinqtonun "sehrli hücumu"Aydındır ki, Kiyev ABŞ-ın qətiyyətini (və ya vəsvəsəsini) dərhal qiymətləndirmədi. Noyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsi ilə bağlı Vaşinqtondan gələn həyəcanlı məlumatı təkzib edib. Noyabrın 18-də ABŞ-da Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Pentaqonun rəhbəri Lloyd Ostinin görüşündən sonra "Ukrayna və Rusiya arasında davam edən müharibə" ilə bağlı fikir ayrılığı ortadan qalxdı.Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat rəisi Kirill Budanov noyabrın 21-də Rusiyanın yanvar-fevral aylarında gözlənilən təcavüzünə hazır olduqlarını təsdiqləyib. Və hətta hava hücumları, artilleriya və zirehli hücumlar, ardınca şərqdə hava əməliyyatları, Odessa və Mariupolda dəniz desantlarının hücumu və Belarusdan yardımçı zərbələr də daxil olmaqla qaçılmaz "Rusiya işğalı"nın dərc edilmiş xəritəsini də şərh edib. Eyni zamanda, Budanovun proqnozuna görə, Ukrayna Silahlı Qüvvələrinin bərpa olunmaz itkiləri 14 min nəfərdən çox ola bilər.Bazar ertəsi günü Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Qərbin Rusiya ordusu hücuma keçəcəyi təqdirdə onlara hansı "zəmanətləri" verdiyini açıqlayıb. Başlanğıc üçün Kiyev Vaşinqtondan zenit və raket əleyhinə müdafiə sistemi tələb edir (belə silahlar yalnız ABŞ Dövlət Departamenti və Konqresin təsdiqindən sonra satıla bilər).Bu arada, NATO-nun heç də bütün müttəfiqləri Ukraynanı hərbi vasitələrlə müdafiə etməyə hazır deyil. Xatırladaq ki, Gürcüstanı da onlarla ölkə silahlandırmışdı, amma 2008-ci ilin avqust ayındakı baş verənlərin əvəzini yalnız gürcü əsgərləri ödəməli oldu.Kiyevin hərbi-siyasi manevrləri və ABŞ-ın Ukrayna istiqamətindəki hərəkətləri Donbasdakı böyük plandan xəbər verir, özü də "tərəfdaşlar" Moskvaya "2014-cü ilin səhvini təkrarlayacağı təqdirdə" cavab verəcəkləri ilə bağlı əvvəlcədən xəbərdarlıq edirlər.Bəlkə də, onlar Ukraynada özlərinin "sülhyaratma" əməliyyatını planlaşdırırlar, eynilə Amerikanın "Outside the Wire" (2021) filminin süjetində olduğu kimi, təxminən 2036-cı ilə qədər.Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə Ukrayna hava məkanında "polislər" və NATO Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri, Kiyev yaxınlığında isə hava hücumundan müdafiə və raketdən müdafiə qoşunları peyda ola bilər. Üstəlik, Rusiya daha kəskin şəkildə Ukraynanı öz sərhədləri yaxınlığındakı nəhəng NATO təyyarə gəmisi kimi qəbul edə bilər.Rusiyanın mövqeyiRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 21-də rəsmi şəkildə bəyan etdi ki, Kiyev NATO təlimləri adı altında Donbasda hərbi həll yolu axtarır.Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun rəhbəri Sergey İvanov isə əlavə etdi: "ABŞ Dövlət Departamenti diplomatik kanallar vasitəsilə müttəfiqlərinə və tərəfdaşlarına qüvvələrin ölkəmizin ərazisində cəmləşməsi ilə bağlı tamamilə yalan məlumatlar çatdırır". Moskva hadisələrin mümkün nəticələri ilə bağlı "tərəfdaşlarına" açıq şəkildə xəbərdarlıq edib. Xarici Kəşfiyyat İdarəsinin dəyərləndirməsinə görə, Ukraynadakı hazırkı durum Gürcüstanda 2008-ci ilin avqust ayında hökm sürən vəziyyətə bənzəyir.Digər tərəfdən, Amerikanın "Bloomberg" agentliyi bildirir: "Hazırda Putinin prioriteti müharibə aparmaq yox, təbii qaz satmaqdır və Rusiya qoşunlarının Ukraynanın şərqindəki döyüşlərdə birbaşa iştirakı "Şimal axını-2" təbii qaz kəmərini torpağa gömə bilər".ABŞ-ın çərşənbə axşamı günü "Şimal axını-2"yə qarşı yeni sanksiyalar elan etməsi yaxın gələcəkdə boru kəmərinin alternativsiz "bombardmanından" xəbər verir, Avropanın enerji təhlükəsizliyini təhdid edir. Ancaq heç bir məhdudiyyət Rusiya Federasiyasının suveren xarici siyasətini dəyişə bilməz. Təəssüf ki, "tərəfdaşlar" bunu başa düşmək istəmirlər.Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna hadisələrinin səbəb-nəticə əlaqəsini heç də təsadüfən "tərəfdaşlarımız"ın yadına salmadı: "Qərb Ukraynanın iqtisadiyyatını məhv edərək bu ölkəni hərc-mərcliyə və dilənçiliyə sürüklədi. Orada vəziyyət hər an elə dəyişə bilər ki, nəticədə milyonlarla ukraynalı özünə sığınacaq axtaran qaçqına çevrilər".Rusiyanın Donbasda baş verə biləcək istənilən olaylara dair bütün mümkün reaksiya variantları kifayət qədər sərtdir və başqa cür ola da bilməz.Gələcəkdə RF Müdafiə Nazirliyi Ukrayna ilə sərhədləri avtomatlaşdırılmış idarəetmə sistemi və dövlət suverenliyinin digər etibarlı təminatı olan yeni TOS-2 ağır alovsaçan qurğuları ilə möhkəmləndirəcək.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690627_341:0:3072:2048_1920x0_80_0_0_c517b3f0af3c3275712201ba175997c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, abş, moskva, ukrayna, donbas
rusiya, abş, moskva, ukrayna, donbas
ABŞ Ukraynanı Rusiya ilə müharibəyə vadar edir
Vaşinqton Ukraynaya qarşı "Rusiya işğalı" bəhanəsi altında Borispol hava limanına 80 ton döyüş sursatı göndərib, yeni silahların və hərbi müşavirlərin göndərilməsi variantlarını isə nəzərdən keçirir.
ABŞ ciddi şəkildə Rusiya əleyhinə "Ukrayna kartı"nı oynayır. Ukrayna Silahlı Qüvvələri və NATO-nun iştirakı ilə planlaşdırılan təxribat nöqtələrində Rusiya ilə intihara bərabər hərbi toqquşmadan Kiyev rejimini yalnız möcüzə xilas edə bilər. Amerikalılar "Solntsepek" və "TOS-2" ağır odsaçan sistemlərinin zərbələri altında ukraynalı hərbçilərin kütləvi şəkildə həlak olması ilə Avropada kimin ev sahibi olduğunu göstərmək niyyətindədirlər.
Vaşinqton Ukraynaya qarşı "Rusiya işğalı" bəhanəsi altında operativ şəkildə Borispol hava limanına 80 ton döyüş sursatı göndərib, yeni silahların və hərbi müşavirlərin də oraya göndərilməsi variantlarını isə nəzərdən keçirir. Söhbət yalnız tank əleyhinə "Javelin" kompleksindən getmir. ABŞ Kiyevə Mi-17 helikopterlərinin "əfqan partiyası"nı və "Stinger" və "Patriot" hava hücumundan müdafiə sistemlərini də göndərmək niyyətindədir.
"Patriotlar" Ukraynada yalnız o halda işə yaraya bilər ki, Pentaqonun mütəxəssisləri (hərbi bölmələri) də onlarla birlikdə bu ölkəyə yollansın. Bu zaman həmin silahlardan təyinatı üzrə istifadə olunar. Çünki Ukrayna Silahlı Qüvvələrinin bunu mənimsəmək üçün təlimi keçməyə, sadəcə, vaxtı yoxdur. Döyüş sahəsində operativ planlaşdırma (NATO standartları üzrə) üçün də Amerika hərbi müşavirlərinə ehtiyac var.
Amerika hərbçiləri və hərbi müşavirləri Donbasa gedib çıxa biləcəklərmi? Məsələ sual altında olsa da, bu istiqamətdə hərəkətlilik açıq-aşkar nəzərə çarpır.
Ukrayna Silahlı Qüvvələri "Javelin" Tank Əleyhinə Raket Kompleksini ilk dəfə təmas xəttində tətbiq edib. Kiyevin ABŞ-dakı Səfirliyinin hərbi attaşesi, polkovnik Brendon Presli Pentaqonun kəşfiyyat zabitləri qrupu ilə birgə noyabrın 20-də Donbas cəbhə xəttinə - Peski və Marinka yaşayış məntəqələrinə baş çəkib.
Cəza qüvvələri qrupunun komandirinin müavini Anatoli Şevçenko amerikalılara xəritələri və əməliyyat vəziyyətini izah edib. Əslində, döyüş mövqelərinin kəşfiyyatı, yəni, düşmənin birbaşa döyüş meydanında qiymətləndirilməsi aparılıb ki, bu, heç də ABŞ səfirliyi nümayəndəsinin rəsmi vəzifələrinə aid deyil.
Ötən həftənin sonlarında NATO-nun Baş katibi Yens Stoltenberq "rus qoşunlarının Ukrayna sərhədləri yaxınlığında izaholunmaz cəmləşməsi" barədə məlumat verdi. Bundan başqa, Pentaqon Rusiya hərbi birləşmələrinin guya 2022-ci ilin yanvar-fevral aylarında eyni vaxtda bir neçə istiqamətdən baş tutacaq "təcavüzünə" hazır vəziyyətdə olan 100-ə yaxın batalyon taktiki qrupun (100 min hərbçinin) işarələndiyi xəritələri də avropalı müttəfiqlərinə ötürüb.
Vaşinqtonun "sehrli hücumu"
Aydındır ki, Kiyev ABŞ-ın qətiyyətini (və ya vəsvəsəsini) dərhal qiymətləndirmədi. Noyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsi ilə bağlı Vaşinqtondan gələn həyəcanlı məlumatı təkzib edib. Noyabrın 18-də ABŞ-da Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Pentaqonun rəhbəri Lloyd Ostinin görüşündən sonra "Ukrayna və Rusiya arasında davam edən müharibə" ilə bağlı fikir ayrılığı ortadan qalxdı.
Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat rəisi Kirill Budanov noyabrın 21-də Rusiyanın yanvar-fevral aylarında gözlənilən təcavüzünə hazır olduqlarını təsdiqləyib. Və hətta hava hücumları, artilleriya və zirehli hücumlar, ardınca şərqdə hava əməliyyatları, Odessa və Mariupolda dəniz desantlarının hücumu və Belarusdan yardımçı zərbələr də daxil olmaqla qaçılmaz "Rusiya işğalı"nın dərc edilmiş xəritəsini də şərh edib. Eyni zamanda, Budanovun proqnozuna görə, Ukrayna Silahlı Qüvvələrinin bərpa olunmaz itkiləri 14 min nəfərdən çox ola bilər.
Bazar ertəsi günü Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Qərbin Rusiya ordusu hücuma keçəcəyi təqdirdə onlara hansı "zəmanətləri" verdiyini açıqlayıb. Başlanğıc üçün Kiyev Vaşinqtondan zenit və raket əleyhinə müdafiə sistemi tələb edir (belə silahlar yalnız ABŞ Dövlət Departamenti və Konqresin təsdiqindən sonra satıla bilər).
Bu arada, NATO-nun heç də bütün müttəfiqləri Ukraynanı hərbi vasitələrlə müdafiə etməyə hazır deyil. Xatırladaq ki, Gürcüstanı da onlarla ölkə silahlandırmışdı, amma 2008-ci ilin avqust ayındakı baş verənlərin əvəzini yalnız gürcü əsgərləri ödəməli oldu.
Kiyevin hərbi-siyasi manevrləri və ABŞ-ın Ukrayna istiqamətindəki hərəkətləri Donbasdakı böyük plandan xəbər verir, özü də "tərəfdaşlar" Moskvaya "2014-cü ilin səhvini təkrarlayacağı təqdirdə" cavab verəcəkləri ilə bağlı əvvəlcədən xəbərdarlıq edirlər.
Bəlkə də, onlar Ukraynada özlərinin "sülhyaratma" əməliyyatını planlaşdırırlar, eynilə Amerikanın "Outside the Wire" (2021) filminin süjetində olduğu kimi, təxminən 2036-cı ilə qədər.
Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə Ukrayna hava məkanında "polislər" və NATO Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri, Kiyev yaxınlığında isə hava hücumundan müdafiə və raketdən müdafiə qoşunları peyda ola bilər. Üstəlik, Rusiya daha kəskin şəkildə Ukraynanı öz sərhədləri yaxınlığındakı nəhəng NATO təyyarə gəmisi kimi qəbul edə bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 21-də rəsmi şəkildə bəyan etdi ki, Kiyev NATO təlimləri adı altında Donbasda hərbi həll yolu axtarır.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun rəhbəri Sergey İvanov isə əlavə etdi: "ABŞ Dövlət Departamenti diplomatik kanallar vasitəsilə müttəfiqlərinə və tərəfdaşlarına qüvvələrin ölkəmizin ərazisində cəmləşməsi ilə bağlı tamamilə yalan məlumatlar çatdırır". Moskva hadisələrin mümkün nəticələri ilə bağlı "tərəfdaşlarına" açıq şəkildə xəbərdarlıq edib. Xarici Kəşfiyyat İdarəsinin dəyərləndirməsinə görə, Ukraynadakı hazırkı durum Gürcüstanda 2008-ci ilin avqust ayında hökm sürən vəziyyətə bənzəyir.
Digər tərəfdən, Amerikanın "Bloomberg" agentliyi bildirir: "Hazırda Putinin prioriteti müharibə aparmaq yox, təbii qaz satmaqdır və Rusiya qoşunlarının Ukraynanın şərqindəki döyüşlərdə birbaşa iştirakı "Şimal axını-2" təbii qaz kəmərini torpağa gömə bilər".
ABŞ-ın çərşənbə axşamı günü "Şimal axını-2"yə qarşı yeni sanksiyalar elan etməsi yaxın gələcəkdə boru kəmərinin alternativsiz "bombardmanından" xəbər verir, Avropanın enerji təhlükəsizliyini təhdid edir. Ancaq heç bir məhdudiyyət Rusiya Federasiyasının suveren xarici siyasətini dəyişə bilməz. Təəssüf ki, "tərəfdaşlar" bunu başa düşmək istəmirlər.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna hadisələrinin səbəb-nəticə əlaqəsini heç də təsadüfən "tərəfdaşlarımız"ın yadına salmadı: "Qərb Ukraynanın iqtisadiyyatını məhv edərək bu ölkəni hərc-mərcliyə və dilənçiliyə sürüklədi. Orada vəziyyət hər an elə dəyişə bilər ki, nəticədə milyonlarla ukraynalı özünə sığınacaq axtaran qaçqına çevrilər".
Rusiyanın Donbasda baş verə biləcək istənilən olaylara dair bütün mümkün reaksiya variantları kifayət qədər sərtdir və başqa cür ola da bilməz.
Gələcəkdə RF Müdafiə Nazirliyi Ukrayna ilə sərhədləri avtomatlaşdırılmış idarəetmə sistemi və dövlət suverenliyinin digər etibarlı təminatı olan yeni TOS-2 ağır alovsaçan qurğuları ilə möhkəmləndirəcək.