https://sputnik.az/20211123/tehsil-muessiselerinin-maliyyelesmesi-basqa-prinsipler-esasinda-qurulacaq-436587418.html
Təhsil müəssisələrinin maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq
Təhsil müəssisələrinin maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq
Sputnik Azərbaycan
Nazir bildirib ki, heç şübhəsiz ki, müəyyən edilən hədəflərin təmin edilməsi üçün bizə müəyyən resurs zərfi lazımdır 23.11.2021, Sputnik Azərbaycan
2021-11-23T18:54+0400
2021-11-23T18:54+0400
2021-11-23T19:57+0400
təhsil
maliyyə
maliyyələşmə
texniki
təhsil müəssisəsi
prinsip
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106170_0:120:3073:1848_1920x0_80_0_0_8ee377a33fe57dddbac49af0333efe8a.jpg
BAKI, 23 noyabr — Sputnik. Bütün problemləri eyni zamanda həll etməyə heç bir dövlətin maddi imkanı çatmaz. Azərbaycan da burada istisna deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.Nazir bildirib ki, heç şübhəsiz ki, müəyyən edilən hədəflərin təmin edilməsi üçün bizə müəyyən resurs zərfi lazımdır:“Bunun üçün həm maliyyə resursları, həm intellektual, həm də texniki resurslara ehtiyac yaranacaq”.Samir Şərifov qeyd edib ki, bir çox publik hüquqi şəxslər vaxtilə dövlət büdcəsinin tərkib hissəsi olub və bu gün onların statusu dəyişdirilib:“Bu gün bu proses davam edir. Müəyyən edilib ki, təhsil sahəsində əksər müəssisələr publik hüquqi şəxs statusuna malik olacaq və onların maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106170_0:0:2731:2048_1920x0_80_0_0_2f6cfe1490c226e9a9bf4cbae79d3302.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maliyyə, maliyyələşmə, texniki, təhsil müəssisəsi, prinsip
maliyyə, maliyyələşmə, texniki, təhsil müəssisəsi, prinsip
Təhsil müəssisələrinin maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq
18:54 23.11.2021 (Yenilənib: 19:57 23.11.2021) Nazir bildirib ki, heç şübhəsiz ki, müəyyən edilən hədəflərin təmin edilməsi üçün bizə müəyyən resurs zərfi lazımdır
BAKI, 23 noyabr — Sputnik. Bütün problemləri eyni zamanda həll etməyə heç bir dövlətin maddi imkanı çatmaz. Azərbaycan da burada istisna deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, heç şübhəsiz ki, müəyyən edilən hədəflərin təmin edilməsi üçün bizə müəyyən resurs zərfi lazımdır:
“Bunun üçün həm maliyyə resursları, həm intellektual, həm də texniki resurslara ehtiyac yaranacaq”.
Samir Şərifov qeyd edib ki, bir çox publik hüquqi şəxslər vaxtilə dövlət büdcəsinin tərkib hissəsi olub və bu gün onların statusu dəyişdirilib:
“Bu gün bu proses davam edir. Müəyyən edilib ki, təhsil sahəsində əksər müəssisələr publik hüquqi şəxs statusuna malik olacaq və onların maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq”.