Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya yenə Azərbaycan pomidorunu geri qaytardı

© AFP 2024 / RONALDO SCHEMIDTpomidor
pomidor - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
"Rosselxoznadzor"un yaydığı mlumata görə, fitosanitar nəzarət zamanı karantin obyektinə (Pepino mosaic virus) yoluxan məhsulun Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.
BAKI, 23 noyabr — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan "Viaduk" müvəqqəti saxlanc anbarına daxil olan 17,2 ton pomidora baxış keçirib.
"Rosselxoznadzor"un yaydığı məlumata görə, fitosanitar nəzarət zamanı karantin obyektinə (Pepino mosaic virus) yoluxan məhsulun Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.
Mallar ixrac edən ölkəyə qaytarılıb.
Xatırladaq ki, bu il noyabrın 12-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında Moskvada keçirilən görüşdə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində vacib qərarlar qəbul edilib.
Belə ki, pomidor istehsalı təsərrüfatlarına ixrac icazəsinin verilməsi ilə əlaqədar Rusiya tərəfindən aparılan videomonitorinqlər ləğv olunub. Bununla da cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə "Rosselxoznadzor"un ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək.
Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiya Federasiyasına ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.
Bununla yanaşı, Agentlik tərəfindən həyata keçirilmiş ekspertizalar nəzərə alınaraq, cari il dekabr ayının 1-dən etibarən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla yalnız fitosanitar zərurət yarandığı halda laborator müayinələrə cəlb olunacaq. Agentlik mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək ki, bu da sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.
Eləcə də oxuyun:
* Pomidor "baron"larına şad xəbər: Daha Rusiyadan icazə almağa gərək qalmadı
* Azərbaycandan Rusiyaya ixrac edilən 50 ton pomidor geri qaytarılıb
* Pomidor bu ailəyə bədbəxtlik gətirdi, ata öldü, qızı isə...
* Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
Xəbər lenti
0