https://sputnik.az/20211123/rusiya-ermenistanin-strateji-terefdasidir-lakin-azerbaycanin-dusmeni-deyil---pasinyan-436607914.html
Rusiya Ermənistanın strateji tərəfdaşıdır, lakin Azərbaycanın düşməni deyil - Paşinyan
Rusiya Ermənistanın strateji tərəfdaşıdır, lakin Azərbaycanın düşməni deyil - Paşinyan
Sputnik Azərbaycan
Baş nazir: Ermənistan KTMT-dən çıxmaq ssenarisini nəzərdən keçirməyəcək. 23.11.2021, Sputnik Azərbaycan
2021-11-23T22:12+0400
2021-11-23T22:12+0400
2021-11-23T22:52+0400
dünya xəbərləri
türkiyə
rusiya
ermənistan
baş nazir
ktmt
azərbaycan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/42206/96/422069666_0:0:3041:1711_1920x0_80_0_0_4091c470ca92fcaa9df9e807ac31404b.jpg
BAKI, 23 noyabr - Sputnik. Ermənistan KTMT-dən çıxmaq ssenarisini nəzərdən keçirməyəcək. Sputnik Armenia-nın məlumatına görə bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn formatda KİV və QHT nümayəndələrinin suallarını cavablandırarkən deyib.Onun sözlərinə görə, KTMT təkcə çoxtərəfli tərəfdaşlıq üçün deyil, həmçinin Rusiya ilə ikitərəfli qarşılıqlı fəaliyyət üçün çox vacib platformadır:"Çalışmaq lazımdır ki, bu təşkilat bölgədə lazımi təhlükəsizliyin təmin olunmasında iştirak etsin", - Paşinyan bildirib.Baş nazir həmçinin bildirib ki, tənqiddən çəkinməklə olsa belə, bir sıra vacib amilləri qeyd etmək lazımdır. Onun sözlərinə görə, KTMT-yə üzv olan bəzi ölkələr Türkiyə və Azərbaycanla Türk dünyası barədə bəyannaməyə imza atıblar. Digər tərəfdən, Rusiya Ermənistanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın əhəmiyyətini həddən artıq qiymətləndirmək mümkün deyil. Lakin onu da qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın düşməni deyil, ona görə də güc tətbiq etmədən həll yollarını tapmağa çalışır."Biz istəyirik ki, müttəfiqlərimiz bizim ümumi, qarşılıqlı surətdə tanınmış sərhədlərimizi müdafiə etmək üçün kollektiv mexanizmlərdən istifadə etsinlər. Digər tərəfdən, Ermənistan bu gündəmin müxtəlif beynəlxalq platformalarda yeridilməsində özünü məhdudlaşdırmaacaq", — deyə Ermənistanın baş naziri bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42206/96/422069666_310:0:3041:2048_1920x0_80_0_0_17706f1ef2f1f1e5de4beb248ffb9c10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, rusiya, ermənistan, baş nazir, ktmt, azərbaycan, nikol paşinyan
türkiyə, rusiya, ermənistan, baş nazir, ktmt, azərbaycan, nikol paşinyan
Rusiya Ermənistanın strateji tərəfdaşıdır, lakin Azərbaycanın düşməni deyil - Paşinyan
22:12 23.11.2021 (Yenilənib: 22:52 23.11.2021) Baş nazir: Ermənistan KTMT-dən çıxmaq ssenarisini nəzərdən keçirməyəcək.
BAKI, 23 noyabr - Sputnik. Ermənistan KTMT-dən çıxmaq ssenarisini nəzərdən keçirməyəcək.
Sputnik Armenia-nın məlumatına görə bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn formatda KİV və QHT nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, KTMT təkcə çoxtərəfli tərəfdaşlıq üçün deyil, həmçinin Rusiya ilə ikitərəfli qarşılıqlı fəaliyyət üçün çox vacib platformadır:
"Çalışmaq lazımdır ki, bu təşkilat bölgədə lazımi təhlükəsizliyin təmin olunmasında iştirak etsin", - Paşinyan bildirib.
Baş nazir həmçinin bildirib ki, tənqiddən çəkinməklə olsa belə, bir sıra vacib amilləri qeyd etmək lazımdır.
Onun sözlərinə görə, KTMT-yə üzv olan bəzi ölkələr Türkiyə və Azərbaycanla Türk dünyası barədə bəyannaməyə imza atıblar. Digər tərəfdən, Rusiya Ermənistanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın əhəmiyyətini həddən artıq qiymətləndirmək mümkün deyil. Lakin onu da qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın düşməni deyil, ona görə də güc tətbiq etmədən həll yollarını tapmağa çalışır.
"Biz istəyirik ki, müttəfiqlərimiz bizim ümumi, qarşılıqlı surətdə tanınmış sərhədlərimizi müdafiə etmək üçün kollektiv mexanizmlərdən istifadə etsinlər. Digər tərəfdən, Ermənistan bu gündəmin müxtəlif beynəlxalq platformalarda yeridilməsində özünü məhdudlaşdırmaacaq", — deyə Ermənistanın baş naziri bildirib.