https://sputnik.az/20211123/milli-meclisde-gelen-ilin-budcesi-ikinci-oxunusda-qebul-edilib-436596664.html
Milli Məclisdə gələn ilin büdcəsi ikinci oxunuşda qəbul edilib
Milli Məclisdə gələn ilin büdcəsi ikinci oxunuşda qəbul edilib
Sputnik Azərbaycan
2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat proqnozlaşdırılır. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1... 23.11.2021, Sputnik Azərbaycan
2021-11-23T16:31+0400
2021-11-23T16:31+0400
2021-11-23T16:31+0400
milli məclis
büdcə
büdcə zərfi
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 23 noyabr — Sputnik. Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.2022-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 13850,7 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1649,3 milyon manat və ya 13,5 faiz çoxdur.Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı həddinin 170 manatdan 200 manata çatdırılması təmin ediləcək.Sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4 faiz təşkil edəcəkdir ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3,6 faiz-bənd çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, büdcə, büdcə zərfi
milli məclis, büdcə, büdcə zərfi
Milli Məclisdə gələn ilin büdcəsi ikinci oxunuşda qəbul edilib
2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat proqnozlaşdırılır. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 389 milyon manat və yaxud 5,5 faiz çoxdur.
BAKI, 23 noyabr — Sputnik. Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
2022-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 13850,7 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1649,3 milyon manat və ya 13,5 faiz çoxdur.
Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı həddinin 170 manatdan 200 manata çatdırılması təmin ediləcək.
Sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4 faiz təşkil edəcəkdir ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3,6 faiz-bənd çoxdur.