https://sputnik.az/20211123/ellilik-dunyanin-en-tehlukesiz-banknotudur-436603998.html
"Əllilik" dünyanın ən təhlükəsiz banknotudur
"Əllilik" dünyanın ən təhlükəsiz banknotudur
Sputnik Azərbaycan
Pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead" holoqramı və bu holoqramda 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən... 23.11.2021, Sputnik Azərbaycan
2021-11-23T18:33+0400
2021-11-23T18:33+0400
2021-11-23T18:45+0400
cəmiyyət
manat
pul
nişan
təhlükəsiz
holoqram
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268495_0:0:2000:1125_1920x0_80_0_0_9db5141c3b4b7596c9ff4526b014eaa6.jpg
BAKI, 23 noyabr — Sputnik. Noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının (IHMA) Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu" nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMB məlumat yayıb.Məlumatda deyilir ki, pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead" holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna ("Təhsil və gələcək") uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.Eyni zamanda, "Təhsil və gələcək" mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – "Günəş", inkişaf rəmzi olan – "Pillələr", təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı", "Şagird", "Tələbə") ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268495_227:0:2000:1330_1920x0_80_0_0_da280e01418859821699ff724cebfb18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, pul, nişan, təhlükəsiz, holoqram
manat, pul, nişan, təhlükəsiz, holoqram
"Əllilik" dünyanın ən təhlükəsiz banknotudur
18:33 23.11.2021 (Yenilənib: 18:45 23.11.2021) Pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead" holoqramı və bu holoqramda 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.
BAKI, 23 noyabr — Sputnik. Noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının (IHMA) Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu" nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumatda deyilir ki, pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead" holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna ("Təhsil və gələcək") uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.
Eyni zamanda, "Təhsil və gələcək" mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – "Günəş", inkişaf rəmzi olan – "Pillələr", təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı", "Şagird", "Tələbə") ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.
Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.