Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bəzi yüksək rütbəli zabitlərə növbəti ali rütbələr verilib

© AR Ministry of DefenceMüdafiə nazirinin müavini Ənvər Əfəndiyev
Müdafiə nazirinin müavini Ənvər Əfəndiyev  - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Dövlət başçısının digər sərəncamları ilə Quru qoşunlarının komandanı general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib.
BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın bəzi yüksək rütbəli zabitlərinə növbəti ali rütbələr verilib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.
Dövlət başçısının digər sərəncamı ilə Quru qoşunlarının komandanı general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib.
Bundan əlavə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Bayram oğlu Əliyevə "I dərəcəli dövlət ədliyyə müşaviri" ali xüsusi rütbəsi verilib.
Xəbər lenti
0