https://sputnik.az/20211123/baki-sumqayit-demir-yolunda-iyirmi-bes-kecid-insa-olunub-436592380.html
Bakı-Sumqayıt dəmir yolunda iyirmi beş keçid inşa olunub
Bakı-Sumqayıt dəmir yolunda iyirmi beş keçid inşa olunub
Sputnik Azərbaycan
Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır. 23.11.2021, Sputnik Azərbaycan
2021-11-23T18:25+0400
2021-11-23T18:25+0400
2021-11-23T18:25+0400
bakı-sumqayıt
azərbaycan xəbərləri
sumqayıt
abşeron
dəmir yolu
bakı-sumqayıt qatarı
bakı-sumqayıt dairəvi yolu
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425583353_0:280:1281:1000_1920x0_80_0_0_b950cf924ba02c88165c4d889fa71170.jpg
BAKI, 23 noyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolu ərazisindən keçən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq yolötürücüləri, keçid körpüləri, tunellər tikir, xəbərdaredici siqnalizasiya sistemi quraşdırır və təhlükəli əraziləri hasarlayır.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.Məlumatda həmçinin deyilir ki, hərəkətin intensiv olduğu Abşeron dairəvi (Bakı-Sumqayıt) dəmir yolu xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 120 kilometr yol daş hasar və metal torlarla çəpərlənib."Bununla belə, vətəndaşlardan diqqətli olmağı xahiş edirik. Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır", - deyə qurum bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425583353_0:160:1281:1120_1920x0_80_0_0_472c789738bc03934a0077a86a9e52c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı-sumqayıt, sumqayıt, abşeron, dəmir yolu, bakı-sumqayıt qatarı, bakı-sumqayıt dairəvi yolu
bakı-sumqayıt, sumqayıt, abşeron, dəmir yolu, bakı-sumqayıt qatarı, bakı-sumqayıt dairəvi yolu
Bakı-Sumqayıt dəmir yolunda iyirmi beş keçid inşa olunub
Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır.
BAKI, 23 noyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolu ərazisindən keçən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq yolötürücüləri, keçid körpüləri, tunellər tikir, xəbərdaredici siqnalizasiya sistemi quraşdırır və təhlükəli əraziləri hasarlayır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hərəkətin intensiv olduğu Abşeron dairəvi (Bakı-Sumqayıt) dəmir yolu xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 120 kilometr yol daş hasar və metal torlarla çəpərlənib.
"Bununla belə, vətəndaşlardan diqqətli olmağı xahiş edirik. Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır", - deyə qurum bəyan edib.