Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Fransa ilə münasibətlərinə yenidən baxmalıdır - Milli Məclisdən təklif

© AFP 2024 / LUDOVIC MARINFransa bayrağı
Fransa bayrağı - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Milli Məclisin iclasında deputatlar Fransanın həmsədrlikdən kənarlaşdırılmasını təklif ediblər. Fransa bundan sonra Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətlərində çox diqqətli olmalıdır.
BAKI, 23 noyabr — Sputnik. Xalid Məmmədov. Fransa Minsk qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, 44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır:

"Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır".

Deputat Tural Gəncəliyev də bildirib ki, Fransanın istər Cənubi Qafqaz, istərsə də dünyanın digər ölkələrində xarici siyasətində ciddi səhvlər müşahidə olunur:
"Bu, Fransada lider problemi ilə bağlıdır. Fransa Azərbaycana minnətdar olmalıdır ki, Azərbaycan öz gücünə BMT-nin qətnamələrinin icrasını təmin etdi. Azərbaycan bu gün postmüharibə, postkonflikt dövründə regiona heç bir dəxli olmayan, regiondan tamamilə kənarda yerləşən ölkənin hərəkətlərini qəbul etmir. Fransa bundan sonra Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətlərində çox diqqətli olmalıdır. Əks halda, onların batmaqda olan nüfuzu daha da batacaq".
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclası keçirilir və gündəlikdə 24 məsələ var.
Xatırladaq ki, millət vəkili Soltan Məmmədov da plenar iclasda diqqətə çatdırıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa Senatında Respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartların təzahürüdür.
Xəbər lenti
0