SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidAŞPA
AŞPA - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
BAKI, 23 noyabr — Sputnik. Noyabrın 25-də və 26-da İtaliyanın Roma şəhərində AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək.
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. Bu barədə Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat verilib.
Daimi Komitənin iclasında Belarusla sərhəddə miqrantların vəziyyəti, miqrantların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Xəbər lenti
0