https://sputnik.az/20211123/adbaad-deye-bilerem-ki-kim-kime-nece-milyon-rusvet-verib---razi-nurullayev-436583135.html
"Adbaad deyə bilərəm ki, kim kimə neçə milyon rüşvət verib" - Razi Nurullayev
"Adbaad deyə bilərəm ki, kim kimə neçə milyon rüşvət verib" - Razi Nurullayev
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, hazırkı problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər... 23.11.2021, Sputnik Azərbaycan
2021-11-23T12:55+0400
2021-11-23T12:55+0400
2021-11-23T12:55+0400
razi nurullayev
siyasət
rüşvət
milli məclis
deputat
bakı şəhər icra hakimiyyəti
https://cdnn1.img.sputnik.az/img/41395/15/413951503_0:7:1365:775_1920x0_80_0_0_90fb97c0505b56ece3590011fbe0fe36.jpg
BAKI, 23 noyabr — Sputnik. Almaniyada, ABŞ-da, Yaponiyada iqtisadiyyatın aparıcı qüvvəsi sənaye məhsullarıdırsa, bizdə neftdən əlavə ən böyük drayver toylar və tikintidir. Toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi. Xoşumuza gəlməsə də gerçəkliyimiz budur.Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deyib. Onun sözlərinə görə, iqtisadiyyatın ikinci drayveri tikintidir. Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz bunun birinci tikinti bumunda şahidi olmuşuq: "İndi isə tikintilər həddindən artıq çox zəifləyib və iş adamları və aidiyyəti təşkilatlarla söhbətimə uyğun olaraq diqqəti iki məsələyə çəkmək istəyirəm. Birinci məsələ, köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. Bir vətəndaş ayağını yerə dirəyib köçmək istəmir. Kvadratından dəfələrlə çox kvadrat istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam, amma bu məsələ bir vətəndaşın ucbatından yüzlərlə vətəndaşa ziyan dəydiyinə görə haqqı deməliyəm. İş adamları bezir, vətəndaşlar bezir, iş yerləri bağlanır və digər sərmayəçilər də qorxub qaçır. Qaçıb başqa ölkələrdə tikir"."Təklifim budur ki, qanuna uyğun dəyişiklik edək. Əgər sakinlərin 70%-i köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30% hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Mən parlamentin müvafiq komitəsinin sədri Tahir müəllimdən xahiş edirəm ki, bu məsələni komitə olaraq araşdırsın və çox yaxında biz dəyişiklikləri komitələrdə müzakirə edək və plenar iclasa çıxaraq. Bunu gecikdirmək olmaz. Bu səbəbdən bilirsiniz nə qədər iş yeri tormozlanıb? On minlərlə. Bu məsələdə vətəndaşların da maraqlarını insan hüquqları kontekstində daha yaxşı təmsil etmək üçün insan hüquqları komitəsinin üzvü kimi müzakirələrdə iştirak etməyə hazıram" - deyə o qeyd edib.O bildirib ki, ikinci məsələ isə Azərbaycan Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsidir:"Bu fərmanı yüksək qiymətləndirir və yaradılan nizam-intizamdan da razıyam. Hərçənd ki, Bakı çox eybəcər tikilib və həlli onilliklər çəkəcək digər problemlər yaradılıb. Hazırkı problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər havadan asılı qalıb. Çünki Prezidentin yeni fərmanından sonra yeni standart və qaydalar var. Sənədlər isə köhnə normativlərə görə verilib və iş adamları da köhnə normativlərlə layihə təqdim edib və rüşvət də ödəyib"."Adbaad deyə bilərəm ki, kim neçə milyon və kimə verib. İndi o adamlar vəzifədən alınıb. Amma, bu və digər səbəblərdən əlində qanuni sənədi olan iş adamları tikinti apara bilmir. Təklif edirəm ki, ədalətli həll yolu olaraq ortaq variant seçilsin. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklif etdiyi şərtlərlə Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər arasında bir ortaq məxrəc tapılsın", - deyə deputat əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41395/15/413951503_0:0:1365:1024_1920x0_80_0_0_612e1967bdedb6c2e0cdbe5f57f2f1a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
razi nurullayev, rüşvət, milli məclis, deputat, bakı şəhər icra hakimiyyəti
razi nurullayev, rüşvət, milli məclis, deputat, bakı şəhər icra hakimiyyəti
"Adbaad deyə bilərəm ki, kim kimə neçə milyon rüşvət verib" - Razi Nurullayev
Deputatın sözlərinə görə, hazırkı problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər havadan asılı qalıb.
BAKI, 23 noyabr — Sputnik. Almaniyada, ABŞ-da, Yaponiyada iqtisadiyyatın aparıcı qüvvəsi sənaye məhsullarıdırsa, bizdə neftdən əlavə ən böyük drayver toylar və tikintidir. Toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi. Xoşumuza gəlməsə də gerçəkliyimiz budur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın ikinci drayveri tikintidir. Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz bunun birinci tikinti bumunda şahidi olmuşuq:
"İndi isə tikintilər həddindən artıq çox zəifləyib və iş adamları və aidiyyəti təşkilatlarla söhbətimə uyğun olaraq diqqəti iki məsələyə çəkmək istəyirəm. Birinci məsələ, köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. Bir vətəndaş ayağını yerə dirəyib köçmək istəmir. Kvadratından dəfələrlə çox kvadrat istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam, amma bu məsələ bir vətəndaşın ucbatından yüzlərlə vətəndaşa ziyan dəydiyinə görə haqqı deməliyəm. İş adamları bezir, vətəndaşlar bezir, iş yerləri bağlanır və digər sərmayəçilər də qorxub qaçır. Qaçıb başqa ölkələrdə tikir".
"Təklifim budur ki, qanuna uyğun dəyişiklik edək. Əgər sakinlərin 70%-i köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30% hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Mən parlamentin müvafiq komitəsinin sədri Tahir müəllimdən xahiş edirəm ki, bu məsələni komitə olaraq araşdırsın və çox yaxında biz dəyişiklikləri komitələrdə müzakirə edək və plenar iclasa çıxaraq. Bunu gecikdirmək olmaz. Bu səbəbdən bilirsiniz nə qədər iş yeri tormozlanıb? On minlərlə. Bu məsələdə vətəndaşların da maraqlarını insan hüquqları kontekstində daha yaxşı təmsil etmək üçün insan hüquqları komitəsinin üzvü kimi müzakirələrdə iştirak etməyə hazıram" - deyə o qeyd edib.
O bildirib ki, ikinci məsələ isə Azərbaycan Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsidir:
"Bu fərmanı yüksək qiymətləndirir və yaradılan nizam-intizamdan da razıyam. Hərçənd ki, Bakı çox eybəcər tikilib və həlli onilliklər çəkəcək digər problemlər yaradılıb. Hazırkı problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər havadan asılı qalıb. Çünki Prezidentin yeni fərmanından sonra yeni standart və qaydalar var. Sənədlər isə köhnə normativlərə görə verilib və iş adamları da köhnə normativlərlə layihə təqdim edib və rüşvət də ödəyib".
"Adbaad deyə bilərəm ki, kim neçə milyon və kimə verib. İndi o adamlar vəzifədən alınıb. Amma, bu və digər səbəblərdən əlində qanuni sənədi olan iş adamları tikinti apara bilmir. Təklif edirəm ki, ədalətli həll yolu olaraq ortaq variant seçilsin. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklif etdiyi şərtlərlə Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər arasında bir ortaq məxrəc tapılsın", - deyə deputat əlavə edib.