Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xocavənd ərazisində silah-sursat və mobil telefon tapılıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidSilahlar, arxiv şəkli
Silahlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
BAKI, 22 noyabr — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən silah-sursat və 2 ədəd mobil telefon tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd yanmış vəziyyətdə olan DŞK pulemyotu, 4 ədəd "AK" markalı avtomat, 5 ədəd patron darağı, 1 ədəd "Faqot" tipli raket, 4 ədəd qumbaraatan mərmisi, 2 ədəd minaatan mərmisi, 2515 ədəd müxtəlif çaplı patron, 1 ədəd kimyəvi elektron qurğu, 4 ədəd alışdırıcı və 2 ədəd mobil telefon tapılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Xəbər lenti
0