https://sputnik.az/20211122/koreya-respublikasinin-numayende-heyeti-azerbaycanda-seferdedir-436542723.html
İlham Əliyev Koreya Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrini qəbul edib
İlham Əliyev Koreya Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrini qəbul edib
Sputnik Azərbaycan
Prezidenti İlham Əliyev Koreya Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrini qəbul edib. 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T12:01+0400
2021-11-22T12:01+0400
2021-11-22T13:17+0400
azərbaycan xəbərləri
görüş
prezident ilham əliyev
nümayəndə heyəti
koreya
respublika
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436545083_0:110:1960:1213_1920x0_80_0_0_b8b0a406de01c3a4c8ff03a5d403316c.jpg
BAKI, 22 noyabr — Sputnik. Dövlət başçısı Koreya respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Sputnik Azərbaycan Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.Prezident İlham Əliyev ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmnunluğunu ifadə edərək, bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirib.Dövlətimizin başçısı əminliyi bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcək.İqtisadi əməkdaşlığa toxunan Prezident İlham Əliyev Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, böyük sənaye infrastrukturu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd etdi və Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payı olduğunu deyib.Dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir.Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd etdi, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını dedi, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirib. Vurğulayıb ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.Prezident İlham Əliyev Çong Soo Parkın səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park xoş sözlərə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Koreyanın yeni şimal siyasəti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında bir çox oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqe cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çong Soo Park Koreyanın qitə və okeanları birləşdirən strateji yerdə, öz növbəsində Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzində yerləşdiyini və Xəzər dənizi ətrafında nəqliyyat mərkəzi olduğunu məmnunluqla bildirib.Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olundu, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunuldu. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və perspektivlər müzakirə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436545083_343:0:1960:1213_1920x0_80_0_0_3304ffa5914c78cf7a5ea059b0361b8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
görüş, prezident ilham əliyev, nümayəndə heyəti, koreya, respublika
görüş, prezident ilham əliyev, nümayəndə heyəti, koreya, respublika
İlham Əliyev Koreya Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrini qəbul edib
12:01 22.11.2021 (Yenilənib: 13:17 22.11.2021) Prezidenti İlham Əliyev Koreya Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrini qəbul edib.
BAKI, 22 noyabr — Sputnik. Dövlət başçısı Koreya respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 22-də
Koreya Respublikasının Prezidenti yanında
Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri
Çong Soo Parkı qəbul edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmnunluğunu ifadə edərək, bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirib.
Dövlətimizin başçısı əminliyi bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcək.
İqtisadi əməkdaşlığa toxunan Prezident İlham Əliyev Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, böyük sənaye infrastrukturu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd etdi və Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payı olduğunu deyib.
Dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir.
Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd etdi, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını dedi, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirib. Vurğulayıb ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.
Prezident İlham Əliyev Çong Soo Parkın səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park xoş sözlərə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Koreyanın yeni şimal siyasəti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında bir çox oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqe cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çong Soo Park Koreyanın qitə və okeanları birləşdirən strateji yerdə, öz növbəsində Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzində yerləşdiyini və Xəzər dənizi ətrafında nəqliyyat mərkəzi olduğunu məmnunluqla bildirib.
Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olundu, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunuldu. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və perspektivlər müzakirə olunub.