https://sputnik.az/20211122/fransa-putine-cagiris-etdi-belarusla-serheddeki-bohrana-mudaxile-et-436557513.html
Fransa Putinə çağırış etdi: Belarusla sərhəddəki böhrana müdaxilə et
Fransa Putinə çağırış etdi: Belarusla sərhəddəki böhrana müdaxilə et
Sputnik Azərbaycan
Yelisey sarayından verilən açıqlamada iki ölkə liderinin Belarus-Polşa sərhədində yaşanan miqrant böhranı ilə bağlı birlikdə fəaliyyət göstərmək üçün... 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T19:08+0400
2021-11-22T19:08+0400
2021-11-22T19:08+0400
sərhəd
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435220839_0:0:2000:1125_1920x0_80_0_0_e703231c46ff89921220021ba16f8e4f.jpg
BAKI, 22 noyabr — Sputnik. Belarus-Polşa sərhədində yaşanan miqrant böhranının davam etdiyi bir vaxtda Fransa Rusiyaya müraciət edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, RTL radiosuna açıqlama verən Fransa XİN rəhbəri Jan-İv Lö Drian problemin həllini tapması üçün Rusiya Prezidenti Vladimir Putindən söz aldıqlarını bildirib."Putinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə yaxın münasibətləri var. İki ölkənin yaxın tarixi, iqtisadi əlaqələri problemin həllini tapması üçün Putinə imkanlar verir. Putin bizə söz verdi ki, problemi həll edəcək. Biz də buna ümid edirik".Xatırladaq ki, ötən həftə Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu. Yelisey sarayından verilən açıqlamada iki ölkə liderinin Belarus-Polşa sərhədində yaşanan miqrant böhranı ilə bağlı birlikdə fəaliyyət göstərmək üçün razılaşdıqları bildirilmişdi.Qeyd edək ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435220839_223:0:2000:1333_1920x0_80_0_0_c3833f43c83dcc9b1cf6d8582eccd5ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd
Fransa Putinə çağırış etdi: Belarusla sərhəddəki böhrana müdaxilə et
Yelisey sarayından verilən açıqlamada iki ölkə liderinin Belarus-Polşa sərhədində yaşanan miqrant böhranı ilə bağlı birlikdə fəaliyyət göstərmək üçün razılaşdıqları bildirilmişdi.
BAKI, 22 noyabr — Sputnik. Belarus-Polşa sərhədində yaşanan miqrant böhranının davam etdiyi bir vaxtda Fransa Rusiyaya müraciət edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, RTL radiosuna açıqlama verən Fransa XİN rəhbəri Jan-İv Lö Drian problemin həllini tapması üçün Rusiya Prezidenti Vladimir Putindən söz aldıqlarını bildirib.
"Putinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə yaxın münasibətləri var. İki ölkənin yaxın tarixi, iqtisadi əlaqələri problemin həllini tapması üçün Putinə imkanlar verir. Putin bizə söz verdi ki, problemi həll edəcək. Biz də buna ümid edirik".
Xatırladaq ki, ötən həftə Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu. Yelisey sarayından verilən açıqlamada iki ölkə liderinin Belarus-Polşa sərhədində yaşanan miqrant böhranı ilə bağlı birlikdə fəaliyyət göstərmək üçün razılaşdıqları bildirilmişdi.
Qeyd edək ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.