Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cavanşir Quliyevin doğum günüdür

Cavanşir Quliyev - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. Bəstəkar ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.
BAKI, 22 noyabr — Sputnik. Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Cavanşir Quliyevin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, görkəmli bəstəkar 1950-ci il noyabrın 22-də Şəki şəhərində anadan olub.
C.Quliyev hələ tələbə ikən, bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu.
Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanıb, bəyənilib və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olub. Bir sıra konservatoriyalararası konfranslarda, ozamankı SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilib və böyük maraq doğurub. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görüb.
© Sputnik / Emin AlisahibCavanşir Quliyev
Cavanşir Quliyev - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Cavanşir Quliyev
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. Bəstəkar ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.
C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işləmişdi. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980-1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994-2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — xarici universitetlərdən birində Səhnə Sənətləri fakültəsinin professorudur.
Bir çox mahnıların müəllifi eyni zamanda bir sıra baletlərin, operetta və orkestr üçün yazılan əsərlərin müəllifidir.
Həmçinin oxuyun:
Fikrət Əmirovun anadan olmasından 99 il ötür
Xəbər lenti
0