Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla bağlı məsələdə İtaliya Türkiyə və Rusiyanı qabaqladı

© AFP 2024 / STRKonteyner
Konteyner - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Ticarət dövriyyəsinin 64 faizini ölkədən ixrac olunmuş məhsulların, 36 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.
BAKI, 22 noyabr — Sputnik. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23 milyard 164,1 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 14 milyard 819,6 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 344,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 6475,1 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,9 faiz artıb, real ifadədə isə 3,2 faiz, o cümlədən idxal 12,2 faiz azalıb, ixrac isə 3,9 faiz artıb.
2021-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 41,1 faiz, real ifadədə 28,7 faiz artaraq 1 milyard 809,1 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 38,6 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,2 faizini Rusiyaya, 3,8 faizini İspaniyaya, 3,7 faizini Xorvatiyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Gürcüstana, 3,4 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,3 faizini Birləşmiş Krallığa, 2,2 faizini Ukraynaya, hər biri 1,6 faiz olmaqla Belarus və Almaniyaya, hər biri 1,5 faiz olmaqla İsveçrə və Kanadaya, 1,1 faizini Yunanıstana, 9,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (2,0 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiya, 15,7 faizi Türkiyə, 13,9 faizi Çin, 5,8 faizi Almaniya, 4,0 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla İtaliya və Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,3 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 17,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Xəbər lenti
0