https://sputnik.az/20211122/azerbaycan-vatikanda-sefirlik-acir-436552493.html
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycan Vatikanda səfirlik açır
Sputnik Azərbaycan
Prezident Azərbaycanın Vatikanda səfirliyinin təsis edilməsi barədə qanunu imzalayıb. 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T15:16+0400
2021-11-22T15:16+0400
2021-11-22T15:17+0400
siyasət
səfirlik
vatikan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436552797_0:366:2730:1902_1920x0_80_0_0_cc6515f12211d57491faef09ac76348b.jpg
BAKI, 22 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.Sputnik Azərbaycan xəbər verir ki, qanuna əsasən Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilir.Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və digər məsələləri həll etməlidir.Azərbaycan Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.Xatırladaq ki, Milli Məclis oktyabrın 29-da keçirilən iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini səsə qoyaraq təsdiqləyib.Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, dini sahədə dünya siyasətinə böyük təsiri olan bir dövlətlə - Vatikanla diplomatik münasibətlərin səfirlər müstəvisində qurulması birmənalı şəkildə Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436552797_1:0:2730:2047_1920x0_80_0_0_0d08fba82378baf3c12542eba08ff110.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
səfirlik, vatikan, azərbaycan
səfirlik, vatikan, azərbaycan
Azərbaycan Vatikanda səfirlik açır
15:16 22.11.2021 (Yenilənib: 15:17 22.11.2021) Prezident Azərbaycanın Vatikanda səfirliyinin təsis edilməsi barədə qanunu imzalayıb.
BAKI, 22 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, qanuna əsasən Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilir.
Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və digər məsələləri həll etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
Xatırladaq ki, Milli Məclis oktyabrın 29-da keçirilən iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini səsə qoyaraq təsdiqləyib.
Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, dini sahədə dünya siyasətinə böyük təsiri olan bir dövlətlə - Vatikanla diplomatik münasibətlərin səfirlər müstəvisində qurulması birmənalı şəkildə Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edir.