Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Toy karvanında qəza: sürücülərdən biri öldü, iki nəfər yaralandı

CC0 / Alexas_Fotos / crushToy karvanında qəza
Toy karvanında qəza - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
BAKI, 21 noyabr - Sputnik. Göyçayda toy karvanında baş verən qəzada ölən və yaralılar var.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə şənbə günü, noyabrın 20-si, axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda, Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumatlara görə, iki minik və bir yük avtomobili toqquşub. Minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 27 yaşlı Bəhruz Qarayev hadisə yerində həlak olub.
Digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət alıblar. Yerli sakinlərin verdiyi məlumata görə, qəzada ölən sürücü toy karvanının iştirakçısı olub.
Hadisənin dəqiq səbəbləri hüquq mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq.
Xəbər lenti
0