DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda özünü güllələyən hərbçi ölüb

© SputnikErməni hərbçiErməni hərbçinin dəbilqəsi və silahı, arxiv şəkli
Erməni hərbçiErməni hərbçinin dəbilqəsi və silahı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Erməni əsgər ilkin ehtimala görə, silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
BAKI, 21 noyabr - Sputnik. Ermənistanın Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən birində əsgər ölümü qeydə alınıb.
Sputnik Ermənistan bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır.
"Noyabrın 15-də Çəmbərəkdə hərbçi, ilkin məlumatlara görə, silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 16-da dünyasını dəyişib", - nazirlikdən bildirilib.
Nazirlik faktı noyabrın 20-də axşam saatlarında bəyan edib.
Xəbər lenti
0