https://sputnik.az/20211120/veziyyetin-gerginlesmesine-gore-tam-mesuliyyet-ermenistanin-uzerine-dusur---beyanat-436506598.html
Vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür - Bəyanat
Vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür - Bəyanat
Sputnik Azərbaycan
Əlavə edilib ki, Ermənistanın son təxribatları üçtərəfli bəyanatın tam icrasının təmin edilməsinin təcili zərurətindən xəbər verir. 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T10:40+0400
2021-11-20T10:40+0400
2021-11-20T10:40+0400
siyasət
sərhəd
ermənistan
erməni təxribatı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/01/427598071_0:76:1000:639_1920x0_80_0_0_be6f219f52cd8388806df47fac14d084.jpg
BAKI, 20 noyabr — Sputnik. Ermənistanın beynəlxalq pozuntularına baxmayaraq, münaqişədən sonrakı reallıqlar sülh yaratmaq, sabitliyi gücləndirmək, dinc birgəyaşayışı bərpa etmək, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoymaq üçün unikal imkan yaradır.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin noyabrın 18-də qurumun Daimi Şurasının iclasında oxunan bəyanatında deyilir.Nümayəndəlik münaqişədən sonrakı mərhələdə ATƏT və onun strukturlarının bütün səylərinin regionda sülhün, etimadın və sabitliyin möhkəmləndirilməsi məqsədilə üçtərəfli bəyanatın tam həyata keçirilməsinə və tərəflərlə praktiki qarşılıqlı fəaliyyətin dəstəklənməsinə yönəldilməli olduğuna qəti inamını ifadə edib.Qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanınma və ona hörmət əsasında, o cümlədən bu prinsiplər əsasında sülh müqaviləsi imzalamaqla Ermənistanla barışığa və dövlətlərarası münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib.Bu yaxınlarda Nyu-York, Minsk və Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan fikir mübadiləsi də Azərbaycanın buna hazır olduğunu nümayiş etdirib.ATƏT Daimi Şurasına həmçinin son günlər Ermənistanın törətdiyi bir sıra təxribatlar, o cümlədən Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazisinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhəddə həyata keçirdikləri hücumlar barədə də məlumat verilib."Regionda vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür", - nümayəndəlikdən bildirilib. Əlavə edilib ki, Ermənistanın son təxribatları üçtərəfli bəyanatın tam icrasının təmin edilməsinin təcili zərurətindən xəbər verir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/01/427598071_68:0:920:639_1920x0_80_0_0_84d82bee8932cec2cc1a421111cdbca8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, ermənistan, erməni təxribatı, azərbaycan
sərhəd, ermənistan, erməni təxribatı, azərbaycan
Vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür - Bəyanat
Əlavə edilib ki, Ermənistanın son təxribatları üçtərəfli bəyanatın tam icrasının təmin edilməsinin təcili zərurətindən xəbər verir.
BAKI, 20 noyabr — Sputnik. Ermənistanın beynəlxalq pozuntularına baxmayaraq, münaqişədən sonrakı reallıqlar sülh yaratmaq, sabitliyi gücləndirmək, dinc birgəyaşayışı bərpa etmək, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoymaq üçün unikal imkan yaradır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin noyabrın 18-də qurumun Daimi Şurasının iclasında oxunan bəyanatında deyilir.
Nümayəndəlik münaqişədən sonrakı mərhələdə ATƏT və onun strukturlarının bütün səylərinin regionda sülhün, etimadın və sabitliyin möhkəmləndirilməsi məqsədilə üçtərəfli bəyanatın tam həyata keçirilməsinə və tərəflərlə praktiki qarşılıqlı fəaliyyətin dəstəklənməsinə yönəldilməli olduğuna qəti inamını ifadə edib.
Qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanınma və ona hörmət əsasında, o cümlədən bu prinsiplər əsasında sülh müqaviləsi imzalamaqla Ermənistanla barışığa və dövlətlərarası münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Bu yaxınlarda Nyu-York, Minsk və Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan fikir mübadiləsi də Azərbaycanın buna hazır olduğunu nümayiş etdirib.
ATƏT Daimi Şurasına həmçinin son günlər Ermənistanın törətdiyi bir sıra təxribatlar, o cümlədən Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazisinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhəddə həyata keçirdikləri hücumlar barədə də məlumat verilib.
"Regionda vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür", - nümayəndəlikdən bildirilib. Əlavə edilib ki, Ermənistanın son təxribatları üçtərəfli bəyanatın tam icrasının təmin edilməsinin təcili zərurətindən xəbər verir.