QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bu, total şəkildə Azərbaycan xalqının izlərini silməkdir – Rusiyalı ekspertlər Ağdamda

© Sputnik / Emin AlisahibRusiyalı ekspertlər işğaldan azad edilmiş Ağdama səfər ediblər
Rusiyalı ekspertlər işğaldan azad edilmiş Ağdama səfər ediblər - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Abunə olmaq
Ağdamdakı erməni vandallığından təsirlənən rusiyalı ekspertlərdən biri vurğulayıb ki, işğalçılar bu torpaqlara nifrət ediblər, özləri burada yaşamaq istəməyiblər.
AĞDAM, 20 noyabr — Sputnik. Bu gün Rusiyadan olan ekspertlər Ağdama səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ müxbiri xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Sankt-Peterburq Dövlət Universitetinin İqtisad elmlər doktoru Stanislav Tkaçenko, "inosmi.ru"nun analitiki Dmitri Babiç, "Zvezda" telekanalının hərbi analitiki Aleksandr Artamonov, "Kommersant" qəzetinin analitiki Sergey Strokan, diplomat, Rusiya Federasiya Şurası sədr müavininin müşaviri, Rusiyanın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri, Rusiya Federasiya Şurası Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (2009 - 2012) Andrey Baklanov, "Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova, Beynəlxalq Proseslərin Təhlili Mərkəzinin direktoru Nikolay Silayev və başqaları daxildir.
“Mən hərbi jurnalist kimi dağıdılmış obyektlər, şəhərlər az görməmişəm. Ancaq burada nəinki yaşayış məntəqəsi, təbiət də məhv edilməyə çalışılıb, ekosid həyata keçirilib”.
Bunu Ağdamda səfərdə olan Rusiyanın “Zvezda” telekanalının hərbi analitiki Aleksandr Artamonov bildirib. O deyib ki, işğal dövründə şəhəri məhv etmək üçün daşlarla, qəbirlərlə, abidələrlə döyüşüblər:
© Sputnik / Emin Alisahib“Zvezda” telekanalının hərbi analitiki Aleksandr Artamonov
“Zvezda” telekanalının hərbi analitiki Aleksandr Artamonov  - Sputnik Azərbaycan, 1920, 20.11.2021
“Zvezda” telekanalının hərbi analitiki Aleksandr Artamonov
“Bu, total şəkildə Azərbaycan xalqının izlərini silməkdir, mən burada bunu görürəm. Bu, faşist taktikasıdır. Azərbaycan Prezidenti İlham Əliyev törədilən bəşəriyyət əleyhinə cinayətlərə görə beynəlxalq məhkəməyə müraciət ediləcəyini bəyan etməkdə haqlıdır. Həmin insanlar bu torpaqlara nifrət ediblər, özləri burada yaşamaq istəməyiblər. Azərbaycan xalqı öz torpaqları uğrunda döyüşüb. İnsanlar inananda və torpaqlarını sevəndə hər şey geri qayıdır”.
“İstənilən normal insan Ağdamda bu dağıntıları görəndə şoka düşə bilər və düşməlidir”, - “Kommersant” nəşrinin şərhçisi Serqey Strokan bildirib. O, abidələrin siyasətçilərin ambisiyasının girovuna çevrilməsinin, bütün bəşəriyyətə məxsus olan və insanları birləşdirməli olan mədəniyyət obyektlərinin dağıdılmasının başa düşülmədiyini vurğulayıb: “İnsanlar artıq buraya gəlir, burada həqiqətən nə baş verdiyini görürlər. Buraya gələn insanlar bu daşları görməli, bu daşların, torpaqların ağrısını hiss etməlidirlər”.
© Sputnik / Emin AlisahibSergey Strokan
Sergey Strokan  - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Sergey Strokan
“Kommersant” nəşrinin şərhçisi qeyd edib ki, 44 günlük müharibədən sonra hazırda Cənubi Qafqazda yeni reallıq formalaşır:
“Bu reallıq sülhə doğru irəliləyişdir. Biz artıq azad edilmiş ərazilərdə çox ciddi dəyişiklik görürük, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, daha iki aeroport tikilir. Mən bu ilin yayında Şuşada da olmuşdum, indi Ağdama gəlmişəm. Mən yayda Şuşada olarkən bərpa-quruculuq işlərinin necə aparılmasının şahidi olmuşam. Mən bu gün Ağdamda da inşaat texnikalarını görürəm. Bunun özü də göstəricidir.
Əgər özgə torpağıdırsa, 5, 10, 20, 30 il qala bilər. Əgər sənin öz torpağındırsa, gecə-gündüz işləyə bilərsən. Bu gün aparılan tikinti işlərinin həcmi də bu torpaqların kimin üçün doğma, kimin üçün yad olduğunun bir göstəricisidir. Mən ümid edirəm ki, 10-15 il sonra buraya gələrkən başqa reallıqla qarşılaşacam, böyük yaşayış məntəqələri görəcəm.
© Sputnik / Emin AlisahibRusiyalı ekspertlər işğaldan azad edilmiş Ağdama səfər ediblər
Rusiyalı ekspertlər işğaldan azad edilmiş Ağdama səfər ediblər - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Rusiyalı ekspertlər işğaldan azad edilmiş Ağdama səfər ediblər
Qeyd edək ki, rusiyalı nümayəndə heyəti həmçinin Pənahəli xanın "İmarət" kompleksində olub. Burada onlara erməni vandallığı barədə məlumat verilib. Bildirilib ki, ermənilər azərbaycanlılara məxsus qədim abidələri tamamilə dağıdıblar.
Eləcə də oxuyun:
* Emin Hüseynov: "Düşmən Ağdamı təslim etməyə vadar oldu"
* Ağdamda ermənilərə məxsus fosforlu mərmilər aşkarlanıb
* Ağdamın işğaldan azad olunmasının ildönümüdür
Xəbər lenti
0